“Makron Paşinyanın vasitəsi ilə Putindən qisas almağı düşünür” ŞƏRH
Sergey Markova görə, Emmanuel Makron qeyd edib ki, əgər Rusiya KTMT üzvü olaraq Ermənistanın tərəfindən Azərbaycana qarşı döyüşmək istəmirsə demək ki, bu Paşinyanın Qərbə tərəf istiqamət alması üçün yaxşı fürsətdir. Belə ki, onun özü də bunu istəyirdi
“Fransa prezidenti Emmanuel Makron rus ordusunun fransız silahlı qüvvələrini Malidən və Mərkəzi Afrika Respublikasından sıxışdırıb-çıxarmasına görə Rusiya prezidenti Vladimir Putindən intiqam almağı planlaşdırır”. SİA xəbər verir ki, bu barədə Ukraina.ru-ya Siyasi araşdırmalar institunun direktoru, politoloq Sergey Markov bildirib.
.jpg)
Rusiyalı politoloq: “Makron Ermənistanın baş naziri Nikol Paşinyandan istifadə etməklə KTMT-də böhran yaratmağa cəhd edir”
“Makron Vladimir Putindən Maliyə, MAR-a və Burkina-Fasoya görə qisas almaq istəyir, çünki Rusiya “Vaqner” muzdlularının yardımı ilə fransız silahlı qüvvələrini sıxışdırıb-çıxarıb. Bunun müqabilində Fransanın prezidenti cavab olaraq Rusiya hərbçilərinin Ermənistandan çıxaracağını düşünür”, deyə rusiyalı politoloq bildirib.
.jpg)
Markovun sözlərinə görə, Fransanın dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyandan istifadə etməklə KTMT-də böhran yaratmağa cəhd edir: “O (Makron) qeyd edib ki, əgər Rusiya KTMT üzvü olaraq Ermənistanın tərəfindən Azərbaycana qarşı döyüşmək istəmirsə demək ki, bu Paşinyanın Qərbə tərəf istiqamət alması üçün yaxşı fürsətdir. Belə ki, onun özü də bunu istəyirdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB