"Qələbəmizin İran tərəfindən həzm olunmamasının səbəbləri var" - POLİTOLOQ ŞƏRH ETDİ
"İran rəsmilərinn və din xadimlərinin Azərbaycan əleyhinə çıxışlar etməsi, təhdid ritorikası ilə danışması yeni bir şey deyil. Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən, İran tərəfindən riyakar münasibətlə qarşılaşır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ikinci Qarabağ savaşından sonra isə biz İran tərəfindən bu cür çıxışların dəfələrlə şahidi olmuşuq: "Azərbaycanın qələbəsinin İran tərəfindən həzm olunmamasının isə bir sıra səbəbləri var. Birincisi, İran artıq əraziləri işğaldan azad olunmuş, inkişaf etməkdə olan, güclü Azərbaycana Güney Azərbaycanda milli hərəkatın oyanışı üçün bir təhdid kimi baxır. İkincisi, indiyə qədər işğal olunmuş ərazilərimizdə istədiyi kimi at oynatmış, həmin ərazilərdən narkotik daşımaq üçün istifadə edən İran üçün Azrəbaycanın qələbəsi həmin yolun istifadəsini imkansız edib ki, bu da İranın maraqlarına cavab vermir. Digər mühüm səbəb isə Zəngəzur dəhlizi ilə bağlıdır. İqtisadi maraqlarla yanaşı, İran bu dəhlizin açılmasına həm də Türk dünyasının birliyi və İranın da bu birliyin əhatəsində qalması kimi baxır. Odur ki, bütün imkanları ilə Ermənistanı müdafiə edərək, Azərbaycanla bağlı isterik bəyanatlar səsləndirir, təhdidlər və qaralama kampaniyası aparır. İranın münaqişənin davam etməsində maraqlı olması və sülhün əldə edilməsini açıq-aşkar əngəlləməyə cəhd etməsi gün kimi aydındır.
Halbuki rəsmi Bakı işğalın aradan qaldırılmasının ötən dövrdə Azərbaycanla “dostluq və qardaşlıq” münasibətlərindən danışan Tehran tərəfindən də sevinclə qarşılanacağını, əməkdaşlıq üçün açılan yeni imkanlardan İranın da yararlanacağını gözləyirdi. Lakin hadisələrin gedişatı Tehranın tam fərqli düşüncə və arzulara sahib olduğunu göstərdi. İki ölkə arasında bu gün müşahidə olunan gərginliyin yaranmasının səbəbkarı məhz İran özü oldu. İşğalın aradan qaldırılmasının Azərbaycanı daha da inkişaf etdirəcəyindən və güclü regional ölkəyə çevirəcəyindən təlaşa qapılan bəzi İran dairələri çirkli kampaniyalara, təxribat xarakterli bəyanatlar səsləndirməyə və praktiki addımlar atmağa başladı. Əvvəllər molla məclislərində səsləndirilən gülünc cümlələr çox keçmədən rəsmilərin ağzına düşərək bəyanata, bir qədər sonra isə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək kimi təxribat xarakterli əməllərə keçdi.
İndi isə təhdidlərin nəticə vermədiyini, Azərbaycanın öz maraqlarından geri çəkilmədiyini görən İran yeni taktiya əl atıb. Yəqin ki, İranın Ali Rəhbəri Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin son bəyanatından məlumatlısınız. Vilayəti açıqlamasında İranın heç vaxt Azərbaycanı ələ keçirmək kimi bir planının olmadığını, əksinə, hər hansı bir ölkə Azərbaycanı işğal edərsə, İranın dəstək üçün Azərbaycanın yanında olacağını deyir və Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırır. Amma bununla yanaşı hər bir azərbaycanlının iranlı olduğunu qeyd edərək yenə də təxribatçı şəkildə insanları çaşdırmaqdan vaz keçmir. Düşünürəm ki, həm İran, həm də Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı olan digər ölkələrd də anlamaladırlar ki, Azərbaycanın hər hansı bir ölkəyə münasibətdə davranışları həmin ölkələrin Azərbaycanla bağlı davranışlarından asılıdır. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Odur ki, biz Azərbaycan olaraq istənilən ölkə ilə, xüsusən də qonşularımızka bərabər səviyyəli, xoş münasibətlərin tərəfdarıyıq. Başqa sözlə desək əgər hər hansı bir ölkə Azərbaycanla münasibətlərində dostluq, əməkdaşlıq yolu seçəcəksə təbii olaraq eyni şəkildə də cavab alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB