“YAP 30 ildə Azərbaycanı qələbəyə və xoşbəxtliyə qovuşdurub” - DEPUTAT ŞƏRH ETDİ
“Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi qeyd olunur. Bu 30 ildə YAP xalqımıza şərəflə xidmət edərək ümumxalq partiyasına çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, YAP 30 ildə Azərbaycanı qələbəyə və xoşbəxtliyə qovuşdurub: “YAP tarixi zərurətdən meydana gəlmiş siyasi partiyadır. Digər partiyalardan fərqli olaraq YAP-ın yaradılması təşəbbüsü xalqın içindən gəlib. Çünki 90-cı illərin əvvəllərində Azərbaycan 70 ildən sonra qovuşduğu dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Azərbaycanın çətin sınaqla qarşılaşdığı bir zamanda müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası bir neçə aydan sonra iqtidar partiyasına və xalqımızın yeganə ümid yerinə çevrilir. Ona görə ki, bu partiyanın rəhbərliyində Ümummilli Lider Heydər Əliyev dayanırdı”.
Deputat sözlərinə belə davam edib: “Heydər Əliyev sovetlər vaxtı ölkəmizə rəhbərlik edəndə geridə qalmış Azərbaycanı inkişaf etdirmiş, müstəqilliyiə qovuşanda dövləti idarə edə biləcək kadr potensialı yartmışdı. Məhz Ulu Öndərin o vaxt oxutdurduğu milli kadrlar müstəqil Azərbaycan dövlətinin idarə edilməsində və ordusunun formalaşmasında əsas rol oynadı. 20 Yanvar hadisələrinə münasibət bildirməsi, üçrəngli dövlət bayrağını yenidən Naxçıvan Ali Məclisinə gətirməsi Heydər Əliyevə xalqın sonsuz inamını artırmışdı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə YAP iqtidar partiyasına çevrilir və ziyalılardan təşkil olunmuş bu partiya Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və dünyada tanınan nüfuzlu ölkəyə çevrilməsinə yol açdı. Partiyanın fəaliyyəti və uğurları dövlətimizin uğurları ilə üst-üstə düşür. YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycan güclü ordunu və iqtisadiyyatını yarada bildi. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdi və partiyamızın qarşısına qoyulmuş bütün vəzifələr yerinə yetirildi. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olmasının ən böyük uğuru ölkəmizdə milli həmrəylik və birlik yaratmaqla torpaqları 30 illik erməni işğalından azad etməklə Azərbaycana qalib imicini qazandırmaqda olmuşdur.
VII Qurultayda Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev partiyanın keçdiyi uğurlu yola bir daha nəzər salmaqla partiya daxili islahatların aparılmasını və yeni reallığın çağırışlarına uyğun fəaliyyətin təşkil etməsini vacib olduğunu qeyd edərək yeni vəzifələr müəyyənləşdirdi. Partiya daxilində struktur islahatları aparıldı, yeni nizamnamə və proqram təsdiq olundu. İnamdan və etimaddan irəli gələrək 6 müxalif partiya qərar qəbul edərək YAP-a birləşmək haqqında müraciət edərək birləşdilər. Bu gün YAP-ın sıraları günü-gündən artır və regionun ən böyük siyasi gücünə çevrilmişdir. YAP dünyanın aparıcı ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. YAP-ın keçdiyi 30 illik keşməkeşli və uğurlu yol sübut etdi ki, YAP dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olmağı ilə Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, çiçəklənəcək və xalqımızın firavanlığı naminə fəaliyyətini uğurla davam etdirəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB