YAP milli iradəni təmsil edən, siyasi sistemin monolit gücü və avanqard siyasi institutdur

YAP milli iradəni təmsil edən, siyasi sistemin monolit gücü və avanqard siyasi institutdur

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin sütunu olmaqla yanaşı, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır.

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü qalib xalq olaraq Zəfər qazanmış dövlətimizdə qeyd edirik. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini daim qoruyur. Tarixi zərurətən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yoluna malikdir. Bir çox partiya və siyasi təşkilatların təsis olduğunu nəzərə alsaq, Yeni Azərbaycan Partiyasının fəaliyyəti digərlərindən sözün əsl mənasında fərqlənmişdir.

Partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində , ölkənin ciddi sınaqlara məruz qaldığı, dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir dövrdə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyevə xalqın və dövlətin xilasıhərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Ulu Öndər Heydər Əliyev o dövrdə blokadaşəraitində olan Naxçıvan Muxtar Respublikasının AliMəclisinə sədrlik edirdi. Ümummilli liderimiz xalqınçağırışına səs verdi və nəhayət, 30 il öncə məhz 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar, ən önəmli və unudulmaztəqvimlərindən biri kimi tarixə düşdü. Naxçıvandatəsis konfransı keçirilərək, Yeni AzərbaycanPartiyasının yaradılması haqqında qərar, partiyanınProqram və Nizamnaməsini qəbul etdi. KonfransdaHeydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrinmüavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanıntarixində öz üzərinə böyük tarixi missiya götürən YeniAzərbaycan Partiyası yarandı.

YAP-ın müxalifət partiyası kimi yaranması və qısamüddət ərzində iqtidara gəlməsinin əsasında bir sıramühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə başverən ictimai-siyasi proseslərinin təhlilini apararsaq, ilk öncə belə bir nəticəyə gələ bilərik ki, YAP Ümumilli Lider Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb vəsifarişləri kontekstində yaranmış partiyadır və ötən 30 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsiprosesinin xalq tərəfindən dəstək alması da bu reallığıözündə kifayət qədər ehtiva etməkdədir.

Hal-hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü sıralarında birləşdirən YeniAzərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqaxidməti fəaliyyətinin əsas prinsipini öndə saxlayaraqmilyonların sevgisini qazandı. Ulu öndər HeydərƏliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır" tezisi partiyanıngələcəyinə inamı özündə əks etdirdi. Dahi şəxsiyyət, eyni zamanda, bildirmişdir ki, Yeni AzərbaycanPartiyasına xidmət etmək dövlətə, xalqa xidmət etməkdeməkdir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətmüstəqilliyinin möhkəmləndirilməsi və müasirbeynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabitvə sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dilindən, əmlakvəziyyətindən, qulluq mövqeyindən, dinindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq vəazadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təminedilməsi, qanunçuluq, ictimai həmrəylik və firəvanhəyat üzərində qurulmuş vətəndaş cəmiyyətininformalaşdırılması, insanların müstəqil dövlətçilikideyası və azərbaycançılıq məfkurəsi ətrafındabirləşdirir

Yeni Azərbaycan Partiyasının əsas siyasi xətti, ideologiyası, partiyanın məqsəd və məramıNizamnamə və Proqramında göstərilmişdir. YAP-ınVII Qurultayı 5 mart 2021-ci ildə keçirilmiş vəqurultayda Azərbaycanın davamlı inkişafı və müasirdövrün çağırışları kontekstində partiyanın qarşısınayeni vəzifələr qoyulmuşdur. Qurultayda bir daha aydınoldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhvəverən böyük sosial bazaya, güclü sosial-intellektualpotensiala malikdir.

Cəmiyyət daima yenilənir, ictimai münasibətlərininkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar Yeni Azərbaycan Partiyasının hakimpartiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqınsevimli partiyasına çevrilməsinin tək bir səbəbi var ,xalqın partiyanın sədrinə Müzəffər Ali Baş Komandanİlham Əliyevə olan sevgisi və inamı! Ona görə də, bugün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzərsalanda, görürük ki, inanılmaz dərəcədə inkişaf hansıkeşməkeşli yollardan keçib. Bu, bir daha onu deməyəəsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqındüzgün seçimi yeni və qüdrətli Azərbaycanınyaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinədüşən missiyanı uğurla həyata keçirdi və həyatakeçirməyə davam edəcək.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə