"Azərbaycanın Albaniya ilə əlaqələri mühüm əhəmiyyət kəsb edir" - SİYASİ EKSPERT AÇIQLADI
"Azərbaycanın Albaniya ilə əlaqələri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin Albaniyaya son səfəri də məhz bu əlaqələri daha möhkəmlənməyə və yaxınlaşmağa xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Albaniya həm İslam ölkəsidir, həm də Avropa Balkan bölgəsində yerləşən və potensial olaraq Avropa İttifaqına, əsasən də NATO-YA üzv olan ölkədir: "Albaniya ilə əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur. İslam faktoru da bu məsələləri yaxınlaşdırır".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Türkiyə ilə də bu gün Albaniyanın çox yaxın münasibətləri var və Azərbaycanın həyata keçirdiyi regional qaz layihələri bu münasibətlərin strateji artımını daha da inkişaf etdirir. Bu baxımdan Albaniya ilə Azərbaycanın müxtəlif sahələrdə işbirliyi və həmin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından bu münasibətlər vacibdir. Bu istiqamətdə işlərin görülməsi bizim ölkənin maraqlarına uyğundur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB