Həmin gündən etibarən ölkəmizə və xalqımıza xas olan dəyərlər qorunmağa başlandı - DEPUTAT DANIŞDI

Həmin gündən etibarən ölkəmizə və xalqımıza xas olan dəyərlər qorunmağa başlandı - DEPUTAT DANIŞDI

“Bu gün 17 noyabr Milli Dirçəliş günüdür. Bu günün dirçəliş günü olmasının tarixi əhəmiyyəti ondan ibarətdir ki, biz uzun müddət Sovetlər birliyinin tərkibində olmuşuq. Bu halda isə onlar respublikalarda milli ruhun inkişaf etməsinin o qədər də tərəfdarı deyildilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, digər bir tərəfdən isə həmin dövrdə Qarabağ işğal olunurdu, Ermənistana böyük bir dəstək verirdilər: “Həmin dövrdə bir respublika olaraq Azərbaycanı daim sıxışdırırdılar. Ulu Öndərimiz Heydər Əliyevin də Qarbaçovun davranışlarına etiraz olaraq Kremldən istefa verdikdən sonra, Azərbaycana qarşı olanlar əl qolunu bağlamağa başladı. Həmin dövrdə isə Azərbaycan xalqı öz milli azadlığı və müstəqilliyi uğrunda geniş mübarizəyə başladı. Bu tarixi gün də həmin dövrdən sonra Ulu Öndərimizin zamanında milli qurtuluş günü kimi bayram olaraq qeyd olundu.
Əlbəttə Ulu Öndərimizin dövründən etibarən Azərbaycanda artıq ölkəmizə, xalqımıza xas olan bütün keyfiyyətlərin hər biri təbliğ olunmağa və qorunmağa başlandı. Düşünürəm ki, bütün bunların hər biri bizim milli dəyərlərimizdir, milli qurtuluş günü də məhz bu dəyərləri özündə ehtiva edən bir gündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə