"Makron Fransadakı erməni lobbisinin oyuncağına çevrilib" - DEPUTAT ŞƏRH ETDİ
"Fransa Prezidenti Makron və senatın üzvləri Fransadakı erməni lobbisinin oyuncağına çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Ermənistanı işğalçı dövlət kimi tanıyan 4 qətnamənin lehinə səs vermişdir: "Bu gün isə işğalçı Ermənistanı müdafiə edir. Fransa Prezidenti Makronun Praqada keçirilən dördtərəfli görüşdən sonra Azərbaycana qarşı qərəzli bəyanatı, noyabr 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə bu dövlətin riyakar, ikiüzlü siyasətini bir daha ortaya qoydu.
Fransa heç vaxt Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyib. 30 illik işğal dövründə Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin nizamlanması üçün vasitəçi tərəf kimi deyil, Ermənistanın mövqeyini müdafiə edib.
Fransa Senatının qəbul etdiyi qətnamə təxribat xarakteri daşıyır və sülh prosesinə böyük zərbədir. Senatın üzvləri bir dəfə də olsun müdafiə etdikləri ermənilərin işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vəhşilikləri, vandallıqları görmədikləri halda belə bir qətnamə qəbul etmələri açıq-aydın işğalı, terrorizmi dəstəkləməkdir.
Əslində, Fransa öz işğalçılıq, xalqlara qarşı soyqırım siyasəti yeritdiyini Əlcəzairdə nümayiş etdirib. Öz maraqları naminə Fransa milyondan çox əlcazayirlini qətlə yetirdi,ölkəni talayıb viran qoydu. Bu gün Fransa Cənubi Qafqazda da təxribat, yenidən münaqişə ocağı yaratmağa çalışır. Amma onlar unudurlar ki, Azərbaycan güclü dövlətdir və beynəlxalq aləmdə nüfuzlu bir ölkədir. Fransa Senatının qəbul etdiyi qətnamə də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB