Azərbaycan və Albaniya əlaqələri hansı səviyyədədir? -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan və Albaniya əlaqələri hansı səviyyədədir? -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Noyabrın 15-də Azərbaycan prezidenti Cənab İlham Əliyevin Albaniyaya səfəri tarixi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Albaniya Azərbaycana dost ölkədir: "Albaniyanın prezidenti və baş naziri də Azərbaycanda olub. Azərbaycanla Albaniya arasında, eyni zamanda, iqtisadi əlaqələr də mövcuddur. Bildiyiniz kimi, Azərbaycanın TAP kəməri Albaniyadan keçir. Azərbaycan prezidentinin Albaniyaya ilk səfəridir. Səfər çərçivəsində Albaniya ilə enerji və infrastruktur, kənd təsərrüfatı, turizm, sənaye sahələrində əməkdaşlığın genişlənməsi müzakirə edildi. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaş olması onu göstərir ki, Azərbaycan Avropa üçün çox vacib ölkədir. Albaniya hər zaman Azərbaycanı Beynəlxalq təşkilatlarda, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında NATO ölkələri arasında Azərbaycanı hər zaman dəstəkləyiblər. Buna görə də Cənab prezident bu nüansları öz çıxışında bir daha bildirdi. Birgə şirkətlərin yaradılması da müzakirə edildi. Azərbaycan NATO ölkələri ilə ayrı-ayrılıqda sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda yox, Avropa ölkələri arasında siyasi güc kimi özünü göstərir. Bütün bunlar Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi, hərbi inkişafdan və siyasi iradənin möhkəmliyindən asılıdır. 2020-ci ilin noyabrında 44 günlük vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz gücünü sübut etdi. Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibi ölkədir. Digər ölkələr tərəfdən etibarlı əməkdaş kimi yüksək qiymətləndirilir. Siyasi arenada güclü ölkəyə çevrilməsi göz qabağındadır. Sadəcə, bu amillər dost ölkələri sevindirir, düşmənlərin isə paxıllıq çəkməsinə səbəb olur".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə