"Azərbaycanla Albaniya arasında bütün sahələrdə əlaqələr inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanla Albaniya arasında bütün sahələrdə əlaqələr inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına səfər edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Albaniya arasında bütün sahələrdə əlaqələr inkişaf edir: "Ölkə başçısı İlham Əliyev ilə Albaniyanın Prezidenti Bayram Beqay arasında təkbətək görüş keçirilib. Həmçinin Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Bir çox sahələrdə olduğu kimi energetika sahəsində də Azərbaycanla Albaniya arasında əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün işlər aparılır.

Ümumiyyətlə Azərbaycan son dövrlər dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu sahədə Azərbaycan bir çox dövlətlərlə əməkdaşlıq edir və bu sırada Albaniyanın özünəməxsus yeri var. Albaniya-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsinin şahidi oluruq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə