Rusiyalı politoloq: Azərbaycan Ermənistana blokadada qalmamaq şansı verir - MÜSAHİBƏ

Sergey Markov: Azərbaycan daha güclüdür və Ermənistan yenə də onunla razılaşmalı olacaq

Ermənistanda baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın ardıcıl “təmizlənməsini” davam etdirir. İyulun 1-də Ermənistan hökumətinin başçısının parlamentdə çoxluğu təşkil edən hakim “Vətəndaş sazişi” fraksiyası müxalifət lideri İşxan Saqatelyanın deputat mandatını saxlamaqla, parlamentin vitse-spikeri vəzifəsindən uzaqlaşdırılmasına səs verib.

“Vətəndaş sazişi”nə diplomatik şəkildə bildirilirdi ki, indi müxalifət üç gün ərzində vitse-spiker postuna öz yeni namizədini irəli sürə bilər, lakin irəli sürülmüş namizədi yaxşıca bloklaya biləcəklərini də qeyd edilməmişdi.

Bundan sonra İşxan Saqatelyanın özü müxalifətin vitse-spiker vəzifəsinə heç bir yeni namizəd irəli sürməyəcəyini bildirib və müxalifət deputatlarının parlamentdəki vəzifə və mandatlarından imtina etdiyini açıqlayıb.

Ermənistanda və regionda baş verən hadisələri nüfuzlu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Moskva-Baku portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqim edirik.

-Sergey Aleksandroviç, biz xatırlayırıq ki, yazda Paşinyan öz adamının Ermənistan prezidenti olmasına necə nail oldu. Belə çıxır ki, indi parlamentdə baş verənlər müxalifətin, “Qarabağ klanı”nın itkisidir.

- Təbii ki, baş verənləri Paşinyanın növbəti qələbəsi adlandırmaq olar. O, vaxtaşırı müxalifəti sakitcə darmadağın edir. Onun çox balanslı strategiyası var, deyərdim ki, səriştəli, dəqiq işi var. Açığı, onunla siyasi texnoloqlar işləyir. Amma bundan başqa, Paşinyana müxalifətlə mübarizədə uğur qazanmağa imkan verən əsas əsaslar var.

Birincisi: Paşinyan hakimiyyətdə olduğu illər ərzində real hakimiyyətini bərqərar edə bildi- o, nominal dövlət başçısı deyil, bütün strukturları özünə tabe etdirib, keçmiş hakimiyyətin nümayəndələrini ardıcıl olaraq oradan təmizləyib. İkincisi, o, bu gün ona heç bir alternativ görməyən əhalinin əksəriyyətinin dəstəyinə malikdir. Əhali müxalifəti dəstəkləmir, çünki onlar başa düşürlər ki, hakimiyyətə qisasçı partiya gəlsə, yeni müharibə başlayacaq. Uşaqlarının ölməsini istəmirlər. İnsanlar anlayır ki, Ermənistan yeni məğlubiyyətə uğrayacaq. Bundan başqa, əhali 20 ilə yaxındır hakimiyyətdə olan “Qarabağ klanı”ndan, Robert Köçəryan, Serj Sarkisyandan bezib. Prinsipcə, onlar hakimiyyət illərində heç bir nailiyyətlə öyünə bilməzlər, ölkəni, əhalini çıxılmaz vəziyyətə salan, onu regional əməkdaşlığa bağlayan millətçilik ideyasından başqa, verə biləcəkləri heç nə yoxdur. Onlar qətiyyən əhalinin həyatını yaxşılaşdıra bilmədilər. Bu şəraitdə Ermənistan cəmiyyəti bu gün ya Paşinyanı dəstəkləməyi, ya da neytral mövqe tutmağı daha optimal hesab edir. Bunlar Ermənistanın baş nazirinə siyasi üstünlüyünü rəsmiləşdirməyə imkan verən əsas səbəblərdir.

Bir müddət əvvəl Paşinyan “Qarabağ klanı”nın təmizlənməsinin davamı olaraq öz prezidentini təyin edə bildi. Yəni o, hər yerdə klanı, revanşistləri, keçmiş hakimiyyətin nümayəndələrini təmizlədi və bununla da özünü gücləndirdi. Onun xüsusi xidmət orqanlarına, Müdafiə Nazirliyinə öz adamlarını qoyması çox vacibdir. Yadınızdadırsa, güc strukturları - Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi arasında narazılıq dövrləri olub.

- Təsəvvür edək ki, bütün müxalifət deputatları mandatlarından imtina edirlər. Nə olacaq?

- Görünür, müxalifət öz qarşısına belə bir vəzifə qoyub. Amma bütün müxalifət deputatları mandatlarından imtina etsələr də, heç nə baş verməyəcək, heç bir böhrana səbəb olmayacaq. Və buna görə də müxalifət üçün müsbət nəticə yoxdur. İstənilən növbədənkənar seçkilər istənilən halda yenidən Paşinyan fraksiyasının qələbəsini qeyd edəcək.

Saqatelyan vəzifəsindən uzaqlaşdırılmamışdan əvvəl də mandatdan imtina etməyə başladılar, görünür, indi yeni taktika kimi bunu kütləvi şəkildə etmək qərarına gəliblər. Amma müxalifətin bütün bu və ya digər cəhdləri yalnız onun zəifliyini göstərir. O, hələ də heç nə əldə etmir. Əhali bununla öz gələcəyini görmür.

- Müxalifət ənənəvi olaraq müxtəlif beynəlxalq oyunçulara iddialarla çıxış edir. Bu gün Avropa İttifaqının diplomatik missiyasında, deyək ki, Avropa İttifaqının Paşinyanı dəstəklədiyi iddiası ilə növbəti piket keçirildi. Onun dövlət başçısı olduğunu nəzərə alsaq, kifayət qədər qəribə iddiadır.

- Ən müxtəlif strukturlara müraciət etmək, müxtəlif ideyaları, təklifləri səpələmək- başqa heç nəyin işləmədiyi, heç bir strategiyanın işləmədiyi şəraitdə bu, tamamilə normal, tipik bir taktikadır. Ona görə də müxalifət qüvvələri müxtəlif variantları sınamağa məcburdur. Burada cəhd edin, orada cəhd edin. O tərəfə, o tərəfə. Ancaq çağırdıqları şəxslər- beynəlxalq oyunçular- tərəfindən heç bir reaksiya yoxdur. Buna uyğun olaraq müxalifətin hərəkətləri onun zəifliyini göstərir.

- Bu gün yeni beynəlxalq reallıqlar kontekstində yeni təchizat zəncirlərinin qurulması mövzusunun son dərəcə aktuallaşdığı göz qabağındadır. Ona görə də, görünür, Rusiya son aylar Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasının vacibliyindən, o cümlədən sonuncu Xəzər sammitində belə fəal danışır. Və burada Zəngəzur dəhlizi mövzusu öz-özünə əlavə olunur. Görünür, Putinlə Əliyev bunu Aşqabad sammiti çərçivəsində müzakirə ediblər. Nəhayət, hər iki dəhliz belə bir ümumi regional şəbəkə yarada bilər. Azərbaycanın xarici işlər naziri Tehranda bəyan edib ki, Şimal-Cənub dəhlizi ilə bağlı artıq İranla razılaşma var.

- Məncə, Putinlə Əliyev Aşqabadda Zəngəzur dəhlizini müzakirə ediblər. Bu məsələdə, məlum olduğu kimi, Bakı ilə İrəvanın mövqeləri fərqlidir. Azərbaycan dəhliz məntiqində israr edir, Ermənistan bunu inkar edir. Ümumiyyətlə, burada təməl daşı dəhlizin təhlükəsizliyi, yüklərin daşınması məsələsidir. Azərbaycan və Türkiyə nöqteyi-nəzərindən təhlükəsizlik ondan ibarətdir ki, dəhlizlə gedən mal və nəqliyyat vasitələri Ermənistandan asılı olmasın. İrəvan isə təkid edir ki, Zəngəzur dəhlizində erməni postları olmalıdır və orada yükün yoxlanmasına Ermənistan tərəfi nəzarət edəcək. Bakı bildirir ki, bu halda Laçın dəhlizinin işi eyni analogiya üzrə qurulacaq və orada Azərbaycan nəzarət postları olacaq. Qarşılıqlı inamsızlıq kompromis axtarışını çətinləşdirir.

İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi olmasa, Azərbaycanla Ermənistan arasında normallaşma olmayacaq. Məsələnin bu cür formalaşdırılması Azərbaycanın prioritetlərini əks etdirir. Azərbaycan üçün 3 əsas məqam var- Qarabağın hələ də Bakının nəzarətində olmayan hissəsinin demilitarizasiyası, sərhədin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizi. Ermənistanın güzəştə getməsi kifayət qədər çətindir. Amma Azərbaycan daha güclüdür və Ermənistan yenə də onunla razılaşmalı olacaq.

Zəngəzur dəhlizi Rusiya üçün də böyük müsbət əhəmiyyət kəsb edir, çünki Rusiya Federasiyasının mühüm tərəfdaşlarından biri olan Türkiyə ilə dəmir yolu və avtomobil əlaqəsini artıracaq. Bu halda böyük həcmdə yük Türkiyədən Rusiyaya və geriyə Azərbaycan, Dağıstan vasitəsilə bütün Rusiyaya gedə biləcək. Hətta sadə vətəndaşlar baxımından belə bir dəhlizin açılması Rusiya üçün müsbətdir, mən inanıram ki, quru yolu ilə Türkiyəyə istirahətə getmək mümkün olacaq.

Şimal-Cənub nəqliyyat dəhlizinə gəlincə, doğrudan da, görünür, dəhlizin İranın başa çatdırmadığı və tikintisi uzun illər müzakirə olunan qalan hissəsinin də qısa müddətdə tamamlanacağı razılaşdırılıb. İstər “Şimal-Cənub”, istərsə də Zəngəzur dəhlizi həqiqətən də gələcəkdə regionda vahid nəqliyyat şəbəkəsinə çevriləcək. Rusiya və Şimali Avropanın indi dəhliz boyu necə qarşılıqlı əlaqədə olacağı tam aydın deyil, lakin istənilən halda burada Hindistanın rolu yenilənəcək.

- Bir neçə ay əvvəl Azərbaycan və İran Azərbaycan Respublikasının əsas hissəsindən onun Naxçıvanın hissəsinə İran ərazisindən keçən nəqliyyat marşrutunun yaradılması barədə razılığa gəliblər. Bu, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi baxımından nə deməkdir, bu nəqliyyat marşrutu alternativ ola bilərmi?

- Xüsusilə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli saziş qüvvədə olduğu üçün Azərbaycan Zəngəzur dəhlizindən imtina etmək niyyətində deyil. Amma Azərbaycanla onun bir hissəsi- Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yola gəlincə, bu yol çəkilsə, Zəngəzur dəhlizinə real alternativ olacaq. Faktiki olaraq Bakı və Moskva Ermənistana Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlıq təklif edir, onun blokadadan çıxarılması ilk növbədə özünə sərf edir. Bakı ilə Tehran arasında alternativ yolun tikintisinə dair razılaşmada isə belə bir siqnal var- Ermənistan israr etməkdə davam edərsə və Zəngəzur dəhlizinin tikintisinə tam icazə verməsə, o zaman o, sadəcə olaraq İran ərazisindən keçəcək. Mənim nöqteyi-nəzərimdən bu yol tamamilə tam hüquqlu alternativə çevrilə bilər. Və Zəngəzur dəhlizi, bu ən mühüm magistral Ermənistan ərazisindən çəkilməsə, Ermənistanın özü yenidən blokadada qalacaq. Yenə uduzacaq, məğlub olacaq.

Yeri gəlmişkən, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda hələ də İrəvanın Ermənistan-Azərbaycan nizamlanmasına dair razılaşmaları yerinə yetirməsini rəhbər tutur.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə