Noyabrın 26-da Azərbaycanın regionlarında 1 torpaq müsabiqəsi və 20 torpaq hərracı keçirəcək. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Məlumata görə, hərraclar Dövlət Xidmətinin Mingəçevir, Şirvan, Bərdə, Qazax, Cəlilabad, Şamaxı, Şəki və Qəbələ ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB