Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralananlar var, binalar və avtomobillər zədələnib, yanğınlar baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko bildirib ki, hücum haqqında məlumat təxminən saat 04:00-da daxil olub. Ukrayna Hərbi Hava Qüvvələri şimal-şərq istiqamətindən ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib və Kiyev istiqamətində yüksək sürətli hədəflərin hərəkətini müşahidə edib.
Kliçkonun sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib. Dnepr rayonunda isə yaşayış binaları zədələnib, pəncərələr qırılıb, avtomobillər yararsız hala düşüb, binalardan birinin həyətində krater əmələ gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB