Rus ekspert: Ermənistan Rusiyanın səbrini sınayaraq, revanş cəhdini davam etdirsə, hər şeyini itirəcək - RƏY

Yevgeni Mixaylov: “Azərbaycanın mövqelərinin irəliləməsi sülh sazişləri çərçivəsində baş verir, çünki Sovet xəritələrinə görə bura Azərbaycan ərazisidir. Və Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmək istəməsə, buna “həvəsləndiriləcək”

Sərhəddə gərginliyə nə səbəb oldu və bu, Ermənistan-Azərbaycan nizamlanması üzrə üçtərəfli bəyanatın icrasına necə təsir edəcək? Nüfuzlu rus politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov “Moskva-Baku” platformasına şərhində bu mövzuda maraqlı fikirlər səsləndirib. Politoloqun şərhini oxcularımıza təqdim edirik.

-Belə bir eskalasiya, məncə, gözlənilən idi. Və bu, İrəvanın günahı ucbatından baş verdi. Ermənistan bir il əvvəl üçtərəfli bəyanat imzaladı. Sonra 2-ci Qarabağ müharibəsi bitəndən sonra hər tərəfdən sıxıldı, vəziyyətini, milli psixoloji sarsıntını başa düşdükdən sonra ona o qədər də təzyiq göstərmədilər, əslində indi deyə bilərik ki, bir il fasilə verdilər. Beləliklə, üçtərəfli bəyanatı imzalayan ölkələr bir daha Ermənistan rəhbərliyinin ləyaqətinə, onun gedəcək yerinin olmadığını, ölkədə vəziyyətin ağır olduğunu və Ermənistanın noyabr razılaşmasını yerinə yetirəcəyinə və Ermənistanın inkişafında yeni səhifə açacağına ümid ediblər. Hesab ediblər ki, Ermənistan region ölkələri ilə qarşılıqlı fəaliyyətə başlayacaq, Azərbaycanla sərhədin delimitasiyası prosesinə hazır olacaq, nəqliyyat və iqtisadi əlaqələrin açılmasında iştirak edəcək. Nəticədə məlum oldu ki, Ermənistan ötən ilin payızında müharibəni dayandıraraq onu sadəcə olaraq xilas edən Rusiyanı yenidən vurdu.

Biz xatırlayırıq ki, 2-ci Qarabağ müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistan terror aktı törətmək məqsədi ilə Azərbaycan ərazilərinə diversantlar yeridir, hər zaman bu diversantları demək olar ki, günahsız kimi təqdim edir. Azərbaycan tərəfi onları hərbi əsirlər kimi güzəştə getdi, saxlanılan hərbçilərin bir hissəsini Ermənistana təhvil verdi.

Son günlər Azərbaycanla Ermənistanın sərhədində insidentlərin artdığını müşahidə edirik. Daha sonra Ermənistanda müdafiə naziri dəyişdirildi. Və bunun nəticəsidir ki, biz artıq sərhəddə hər iki tərəfdən daha çox itki ilə real yerli döyüşlərin şahidi olmuşuq.

Ermənistan bilərəkdən eskalasiyaya səbəb olub. Onun məqsədi təkcə üçtərəfli bəyanatın icrasını pozmaq deyil, həm də münaqişə zonası Ermənistanın əməkdaşlıq etməyə çalışdığı digər ölkələrdən sülhməramlılar gətirməyə çalışmaq üçün Ermənistan-Azərbaycan nizamlanmasında əsas vasitəçi kimi Rusiyanın səylərini aşağılamaqdır.

Erməni tərəfinin Rusiyanı və Rusiya sülhməramlılarını gözdən salmaq cəhdləri göz qabağındadır. Və bu, Moskva asayişi bərpa etmək qərarına gələnə qədər davam edəcək. Bunu ondan həm Azərbaycan, həm bütün sağlam qüvvələr, həm də Paşinyanın sülhün məntiqini quracağına artıq hazır olan ermənilər gözləyir.

Təcrübə göstərir ki, Ermənistana ən sərt şərtləri qoymalı idilər ki, imzaladığı müqaviləni yerinə yetirsin. Bu baş vermədi. İndi Ermənistan yenə qışqırır: KTMT, bizi xilas edin, əks halda başqa beynəlxalq təşkilatlara müraciət edəcəyik. Bu, Rusiyaya qarşı açıq-aşkar təxribatdır. Və KTMT yenə də önə keçmədi, çünki Azərbaycanın mövqelərinin irəliləməsi sülh sazişləri çərçivəsində baş verir, çünki Sovet xəritələrinə görə bura Azərbaycan ərazisidir. Və Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmək istəməsə, buna “həvəsləndiriləcək”. Ermənistanda gözlənilən Azərbaycanla qarşıdurmaya nə KTMT-nin, nə də Rusiyanın ehtiyac yoxdur. Həm KTMT-nin eskalasiyaya reaksiyası, həm də Rusiyanın reaksiyası bunu göstərir.

Rusiya indi bir daha göstərdi ki, Moskva Ermənistan-Azərbaycan nizamlanmasında əsas vasitəçi rolunu oynayır və sülh yolunda yaranan problemləri həll edə bilər. Aydındır ki, Kremlin bugünkü bəyanatı ki, liderlərin üçtərəfli görüşü üçün (9 noyabr 2020-ci il bəyanatın imzalanmasının ildönümünə hazırlanıb, lakin görünür, erməni tərəfi mane olub) bütün tərəflərin razılığına ehtiyac var. Bu bəyanat daha bir təsdiqdir ki, üçtərəfli danışıqların pozulmasının təşəbbüskarı məhz İrəvan olub, çünki üçtərəfli bəyanatın imzalanmasının ildönümü ərəfəsində məhz Nikol Paşinyan deyib ki, onun üçün görüş xatirinə görüşə ehtiyac yoxdur.

Hesab edirəm ki, özünü tamamilə qeyri-konstruktiv aparan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılmasının vaxtı çoxdan çatıb, çünki özünü tamamilə nüfuzdan salıb. Ermənistan öz davranışı ilə artıq çoxdan Rusiyanın müttəfiqi deyil. Və bunun üçün böyük düzəlişlər edilməlidir. Rusiyanın regionda öz maraqları var, lakin bu o demək deyil ki, o, erməni tərəfinin ardınca gedəcək. Üstəlik, Ermənistan Rusiya ilə razılaşmaları dəyərləndirməyəndə, İrəvanda Rusiya əleyhinə mitinqlər keçiriləndə.

Hesab edirəm ki, imzaladığı üçtərəfli bəyanatı yerinə yetirməyən ölkəyə münasibətdə öhdəliklərini yerinə yetirmədiyinə görə sanksiyalar tətbiq edilməlidir.

Ermənistan Müdafiə Nazirliyi mövqelərin itirilməsini təsdiqləyib, müxalifət itirilmiş ərazilərdən danışır. Əgər Ermənistan tərəfi Rusiyanın səbrini sınayaraq, revanş cəhdini davam etdirsə, hər şeyini itirəcək. Baş verənlərə baxsaq, bunu Ermənistan özü istəyir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə