Rus ekspertlər: “Rusiya və KTMT Ermənistana görə Azərbaycanla münaqişəyə girməyəcək” - RƏYLƏR

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər və Laçın rayonları ərazisində yüksəklikləri ələ keçirmək, daha sərfəli mövqelər tutmaq və əməliyyat-taktiki üstünlüyə nail olmaq məqsədilə qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd döyüş mövqeləri ilə yanaşı, canlı qüvvə, hərbi və xüsusi texnikanı cəmləşdirən erməni hərbi birləşmələri Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına da hücum edib. Rusiyanın nüfuzlu politolqları "Caliber" analitik mərkəzinə şərhlərində bunu kəskin təqdim edib və sərhəddəki erməni təxribatlarının baş tutmayacağını deyiblər.

Rusiyalı hərbi ekspert “Milli müdafiə” jurnalının baş redaktoru, İqor Korotçenko Ermənistanın növbəti hərbi təxribatını şərh edib:

- Ermənistandakı daxili siyasi mübarizəni nəzərə alsaq, bu təxribat təsadüfi deyil. Birincisi, Paşinyan soyuqqanlılıq nümayiş etdirməlidir, bunun üçün ona qarşı müxalifətdən yağan ittihamların yeni dalğasından diqqəti yayındırmaq üçün kiçik hərbi qarışıqlıq lazımdır. Ona görə də müharibə, kiçik münaqişə müxalifətin narazılığını, qəzəbini öz fiqurundan yayındırıb Azərbaycana yönəltmək cəhdidir.

İkincisi, Ermənistan artıq 1 ildir ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə məhəl qoymur. Azərbaycanın silahlı təxribatı ilə bağlı İrəvanın bütün bəyanatları əsassızdır, yalandır və mövcud reallıqlara uyğun gəlmir. Sərhədlərin müəyyən edilmədiyi halda Ermənistanın Rusiyanı, KTMT-ni və digər beynəlxalq strukturları bu münaqişəyə cəlb etmək cəhdləri uğursuzluğa məhkumdur. Nə KTMT, nə Rusiya, nə başqa dövlətlər, nə də beynəlxalq təşkilatlar Ermənistanın ona dəstək vermək xahişlərinə baxmayacaq.

Paşinyan və Ermənistan rəhbərliyinə arzu oluna biləcək yeganə şey istənilən təxribatlardan əl çəkərək dövlət sərhədi xəttinin yaradılması prosesinə başlamaqdır.

Biz onu da başa düşürük ki, Paşinyan, əslində, planlaşdırılan üçtərəfli sammiti pozub. Sammitin pozulmasına səbəb İrəvanın qeyri-konstruktiv mövqeyi olub. Biz indi başa düşürük ki, bu, əbəs yerə edilməyib, hesablaşma hərbi təxribatlar üzərində aparılıb: üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən imtina edərək, məsuliyyəti Bakının üzərinə atmaq. Şuşada törədilən terror aktını çox yaxşı xatırlayırıq ki, erməni terrorçusu həm Rusiya, həm də Azərbaycan hərbçiləri tərəfindən açıq-aşkar atışma və atəş açaraq onları qarşı-qarşıya qoymaq ümidi ilə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinə qumbaraatan atdı. Şuşadakı həmin təxribat uğursuzluğa düçar olduğu üçün İrəvan yeni bir təxribata başladı və bunun şahidi oluruq.

Sonda demək istərdim ki, İrəvanın bu cür təxribatçı hərəkətləri dağıdıcı xarakter daşıyır. Yalnız sülh, sabitlik, regionda nəqliyyat kommunikasiyalarının qarşısının alınması, minalanmış xəritələrin ötürülməsi, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması – İrəvanın etməli olduğu şey budur.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bildirib ki, Moskva ermənilərin naminə hərbi münaqişəyə getməyəcək:

-Ermənilər Qarabağ müharibəsini Azərbaycan-Ermənistan müharibəsi kimi deyil, Rusiya-Türkiyə müharibəsi kimi təqdim etmək üçün Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanacağı anı gözləməyi planlaşdırırlar. Bundan başqa, ermənilər Azərbaycan hərbçiləri ilə Rusiya sülhməramlılarını bir-birinə qarşı qoymaq üçün hər cür təxribat törədəcəklər. Hətta güman edirəm ki, bunun üçün rus hərbçilərinin formasını geyinəcəklər.

Amma Vladimir Putin çox gözəl başa düşür ki, Rusiya ordusunun əli ilə geosiyasi problemləri həll etməyə çalışan erməni tərəfi bu cür təxribatlarda maraqlıdır. Vladimir Putin bununla razılaşmayacaq, indi bu, mümkün deyil.

Rusiyalı ekspert Aleksandr Artamonov son bir ayda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin qızışdığını qeyd edib:

- Azərbaycan hərbçisinin Qarabağda atəşə tutulması nəticəsində həlak olması, Azərbaycan hərbçilərinə qumbaraatanla atış açılması erməni təxribatının əyani sübutudur. Qarabağın işğaldan azad edilməsindən sonrakı əziyyətli prosesdən və Nikol Paşinyanın noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən imtina etməsindən danışsaq, onu da xatırlamaq lazımdır ki, hələlik, sülh müqaviləsi imzalanmayıb. belə qənaətə gəliblər ki, nəzəri cəhətdən Ermənistan və Azərbaycan fasiləsiz müharibə vəziyyətindədir. Buna əsaslanan erməni tərəfinin iddiaları mənasızdır. Biz Azərbaycan tərəfinin iddialarından yox, sülh müqaviləsinin imzalanmasından danışmalıyıq. Moskva və Bakı çoxdan buna çağırırdılar. Bunun əvəzinə Suren Papikyanın bir növ tərcümeyi-halı ilə ən adi şəxsin Ermənistanın müdafiə idarəsinin rəisi vəzifəsinə heyrətamiz təyinatı edildi. Və bundan çıxış edərək, pis ssenari gözləmək lazımdır, çünki Papikyan aqressiv hərəkətləri ilə tanınır. Ermənistan Müdafiə Nazirliyinə çox qeyri-stabil psixikası olan şəxs rəhbərlik edir. Və kömək çağırışları Rusiyanı, demək olar ki, Sovet ssenarisinə uyğun olaraq, kiçik qardaşının müdafiəsinə qalxmağa məcbur etmək cəhdindən bəhs edir. Amma Rusiya, o cümlədən KTMT çərçivəsində açıq şəkildə bildirdi ki, o, sərhəd münaqişəsinə müdaxilə etmək niyyətində deyil və etməyəcək. Ona görə də Ermənistan Azərbaycanla razılığa gəlməli və təxribatlara son qoymalı olacaq.

Millətlərarası münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov qeyd edib ki, mövcud vəziyyət fonunda İrəvan Moskva və KTMT-nin köməyinə arxalanmamalıdır:

-Ermənistan ərazisinin qorunması ilə bağlı növbəti çağırışlar tənqiddən başqa heç nə doğurmur. İrəvanın özü elə vəziyyət yaradır ki, KTMT-yə təzyiq cəhdi olsun və bu, birinci dəfə deyil. İl ərzində baş nazir Paşinyan noyabr razılaşmalarının həyata keçirilməsinə mane olmaqdan başqa heç nə etməyib. Ermənistanın gülümsəməsi, yeni sahiblər axtarmaq üçün arxa plana keçməsi adi hala çevrilib. Bu, Moskvanın ən ermənipərəst politoloqları və siyasətçiləri tərəfindən artıq başa düşülən açıq faktdır. Belə bir hiss var ki, biz nəhayət müttəfiq kimi Ermənistanı itiririk və bunun fonunda heç kim İrəvan üçün növbəti hərbi münaqişələrə qarışmayacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə