FM yayımı olmayan “ölü” zonalar aşkarlanıb

Bakının bəzi ərazilərində FM yayımı olmayan “ölü” zonalar aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il ərzində Bakı-Ağsu, Bakı-Lerik və Bakı-Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilib, maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilib, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülüb.

Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılıb, “ölü” zonalar aşkar edilib, onların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə