“Başlıqla diqqət çəkmək istəyi jurnalistikanın etik qaydalarına sığmır” - EKSPERT FİKRİ

“Jurnalistikanın təməl prinsipləri və "Media haqqında" qanun var. Jurnalistikanın təməl prinsipləri deyildikdə, Azərbaycan Mətbuat Şurasının I qurultayında jurnalistlərin etik davranış qaydaları yaradılıb və hər qurultayda da bu qaydalara əlavə və dəyişikliklər olunur”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, prosesdə beynəlxalq jurnalistika təşkilatları da iştirak edir, onların tövsiyyələri nəzərə alınır: “Bu prinsiplərə əsaslanaraq deyə bilirik ki, mətnlə başlığın uyğunsuzluğu artıq qayda pozuntusudur. Əgər mətnin içərisində söhbət və mahiyyət nədirsə, başlıq da ona uyğun seçilməlidir. Təəssüf ki, Azərbaycan jurnalistikasında başlıqla mətnin uyğunsuzluğu, başlıqla çəkici aura yaratmaq “dəb”i hələ də davam edir. Hazırda, müasir dünyada başlıqla diqqət çəkmək istəyi jurnalistikanın etik qaydalarına sığmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə