İctimai və dövlət maraqlarının qorunması diqqət mərkəzindədir – TƏHLİL

İctimai və dövlət maraqlarının qorunması demokratik cəmiyyətin, vətəndaşların kollektiv rifahının və eyni zamanda, dövlətin sabitliyinin, eləcə də təhlükəsizliyinin qorunması, müdafiə edilməsi deməkdir. Bu baxımdan da hər bir cəmiyyətin başlıca məqsədlərindən biri məhz ictimai və dövlət maraqlarının qorunması hesab olunur. İctimai və dövlət maraqlarının qorunması bütövlükdə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir.

Hər bir cəmiyyəti təşkil edən fərdlərin ümumilikdə rifahının təmin edilməsi, çoxluğun marağının üstün sayılması ictimai maraqların qorunmasıdır. Müasir cəmiyyətlərdə ictimai maraqlar daha geniş və çoxşaxəli anlam kəsb edir. İctimai maraqlar dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. Nəzərdən qaçırmaq lazım deyil ki, ictimai maraqları tənzimləyən, müdafiə edən də elə məhz dövlətdir. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət sayəsində ictimai və dövlət maraqlarının müdafiəsi davamlı şəkildə təmin edilir və hər zaman prioritet hesab olunur.

Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, yetkin bir cəmiyyətdir. Məhz buna görə də cəmiyyətimiz intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət olaraq xarakterizə edilməkdədir. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, deyə bəyan edən cənab Prezident İlham Əliyevin fikirlərindən də aydın görünür ki, ölkəmizdə dövlət mənafeyinə zərər gəlməyən, eləcə də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən ideal cəmiyyət artıq formalaşıb.

Xatırladaq ki, ölkəmizdə ictimai və dövlət maraqlarının mükəmməl vəhdəti Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Təsadüfi deyil ki, bizim üçün ictimai və dövlət maraqlarının müdafiəsi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin olaraq qəbul edilməkdədir. Etiraf etmək lazımdır ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev ölkəmizdə ictimai və dövlət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verir və xüsusi diqqət ayırır. Məhz bu diqqət sayəsində Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi hər kəs tərəfindən qəbul olunur və hətta etiraf da edilir.

İctimai və dövlət maraqlarının müdafiəsi üçün vətəndaşlar da, dövlət də öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Məhz belə olduğu təqdirdə ictimai və dövlət maraqlarının qorunması məsələsində inkişafdan, irəliləyişdən danışmağa dəyər. Gördüyümüz kimi, dövlətimiz öz üzərinə düşəni edir. Biz vətəndaş olaraq bunu istənilən bir istiqamətdə müşahisə edirik, görürük. Bununla belə unutmaq lazım deyil ki, vətəndaşlar da öz üzərinə düşəni etməlidir ki, həmin maraqlar tam şəkildə müdafiə olunsun. Bunun üçün vətəndaşlar, sözsüz ki, dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli, dövlətin müəyyənləşdirdiyi qanunlara əməl etməlidirlər. İctimai mənafeyə zərər vura bilən addımlardan çəkinmək lazımdır və ümumiyyətlə, cəmiyyət özü bu məsələ ilə bağlı həddindən artıq həssas olmalıdır. Vətəndaşların öz vətəninə, dövlətinə bağlılığı, sadiqliyi bu məqamda olduqca böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar, həmvətənlərimiz də dövlət maraqlarını, milli maraqları, azərbaycançılıq ideyasını rəhbər tutmalıdırlar. Hətta yetişməkdə olan gənc nəsil də məhz dövlət maraqlarının müdafiəsinə həssas yanaşılması ruhunda tərbiyə edilməlidir. Hər birimiz bilməliyik ki, kimliyindən, hansı peşənin sahibi olmasından, harada yaşamasında asılı olmayaraq hər bir azərbaycanlı ictimai və dövlət maraqlarının qorunması kontekstində üzərinə böyük məsuliyyət düşduyunu başa düşməli və qəbul etməlidir.

Diqqətə çatdıraq ki, ictimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə aparılan maarifləndirmə işi, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğ edilməsi olduqca əhəmiyyətlidir. Orta məktəbdə, ali təhsil ocaqlarında, hərhansı təhsil, təlim-tərbiyə müəssisəsində azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatın aparılması, eləcə də maarifləndirmənin həyata keçiriməsi artıq öz bəhrəsini verdi. Vətəndaşların, gənclərin məhz vərənpərvərlik ruhunda tərbiyə edilməsi, ictimai və dövlət maraqlarının qorunmasının aşılanması 44 günlük müharibə dönəmində öz bəhrəsini vermiş oldu. Məhz vətənpərvərlik ruhunda tərbiyə alan, ictimai və dövlət maraqlarını üstün tutan Azərbaycan gəncləri vətənimizin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşdi. İctimai və dövlət maraqlarına böyük önəm verilməsi ilə, həmrəyliyimizlə, birliyimizlə, Azərbaycan Ordusunun rəşadəti ilə, məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoyuldu. Vətəndaşların ictimai və dövlət maraqlarını üstün tutması ilə torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Şahidi olduq ki, ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafelərimizin, dəyərlərimizin qorunması yolunda gənclərimiz canından, qanından keçməkdə tərəddüd belə etmədilər.

Döyüş meydanında müharibə, mübarizə bitsə də, informasiya müharibəsi hələ də davam etməkdədir və hələ nə qədər davam edəcəyi məlum olmadığı təqdirdə, vətəndaşlar bilməlidirlər ki, ictimai və dövlət maraqları, milli maraqlarımız bundan sonra daha həssaslıqla qorunmalıdır. Dövlətimizin nüfuzuna xələl gətirmək, imicinə zərbə vurmaq üçün ölkəmizin əleyhinə olanlar hələ də fəaliyyət göstərməkdədirlər. Xaricdə olan erməni diasporu, lobbisi hər an milli maraqlarımıza, ictimai və dövlət maraqlarımıza zərbə vurmağa çalışır. Bunun üçün əllərindən gələni də etməkdədirlər. Məhz belə bir məqamda azərbaycançılıq ideyası bizim üçün əvəzolunmazdır və ictimai maraqların, eləcə də dövlət maraqlarının qorunması hər zamankı kimi yenə də prioritet hesab olunur. Xaricdə yaşayan həmvətənlərimiz ölkə hüdudlarından uzaqda olmalarına baxmayaraq, Azərbaycanın ictimai və dövlət maraqlarını qorumağı ümdə vəzifə, borc hesab etməlidirlər. Necə ki, 44 günlük müharibə dönəmində biz xaricdə yaşayan həmvətənlərimizin mübarizəsinin, ictimai və dövlət maraqlarını qoruduğunun şahidi olduq, bundan sonra da həmin mübarizənin davamlı olacağına ümid edirik. Çünki bilirik ki, həmvətənlərimiz ictimai və dövlət maraqlarının qorunmasının nə dərəcədə əhəmiyyətli, nə dərəcədə vacib olduğunun fərqindədirlər.

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər, əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır, prioritet məsələ hesab olunur və həyati əhəmiyyət kəsb edir. Məhz bu baxımdan da Azərbaycanda ictimai və dövlət maraqları həssaslıqla qorunur və həmin maraqların qorunması diqqət mərkəzindədir.

Müəllif: İnam Hacıyev

6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə