“Bu cür memorandumlar ölkədə mühüm rol oynayacaq”

““Medialab” layihəsi və tərəfdaşlarımızla imzalanan memorandum Azərbaycan Respublikasının media subyektlərində kadr potensialının formalaşması və rəqəmsal mühitdə ali təhsil müəssisələrini bitirməkdə olan məzunların işlə təmin olunmasına böyük töhfə verəcək”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, layihənin əsas məqsədi dövlət tərəfindən media subyektlərində çalışmaq istəyən gənclərə stimul verilməsidir: “Bu cür memorandumlar ölkədə milli media mənsublarının formalaşmasında mühüm rol oynayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə