“Bir çox sahələrdə əsas problem ixtisaslaşmanın olmamasıdır“

“Azərbaycanda əmək bazarının inkişafı baxımından ölkə rəhbərinin bütün çıxışlarında ölkə əhalisinin məşğulluq məsələsi vurğulanır. Bu isə bizim qarşımızda ciddi tapşırıqlar və çağırışlar qoyur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

M.Abbasbəyli bildirib ki, məşğulluq elə bir istiqamətdir ki, burada dövlət hər şeyi edə bilmir. Təbii ki, dövlət tərəfindən lazımi infrastruktur yaradılır, lakin əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Gələcəkdə ortalama olaraq hər bir şəxs həyatı boyu 4-5 peşə dəyişməli olacaq ki, bu da olduqca çətindir. Buna görə də əmək bazarının tələblərinə daha tez ayaq uydurmaq lazım gəlir.

Çalışırıq ki, media sahəsində keyfiyyətli media mütəxəssislərinin formalaşmasına dəstək verək və media sahəsində ixtisaslaşmaya gedə bilək. Çünki bir çox sahələr üzrə hazırda əsas problem ixtisaslaşmanın olmamasıdır. Bu xüsusda media xüsusi vurğulanmalı və gənclərə dəstək verərək, ixtisaslaşmalarını təmin etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə