İctimai və dövlət maraqlarının müdafiəsi prioritet məsələdir - TƏHLİL

Hər bir cəmiyyətin başlıca məqsədlərindən biri məhz ictimai və dövlət maraqlarının qorunmasıdır, çünki hər iki amil bütövlükdə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Məhz elə bu baxımdan da təsadüfi deyil ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim öz aktuallığını qoruyur. Etiraf etmək lazımdır ki, həyata keçirilən uğurlu siyasət sayəsində ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir və hər zaman prioritet hesab olunur.

Bildiyimiz kimi, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Müasir cəmiyyətlərdə bu məfhumun daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olması da nəzərdəm qaçmamalıdır. Eyni zamanda, ictimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir və ictimai maraqları tənzimləyən, müdafiə edən elə məhz dövlətdir.

Azərbaycan Respublikasında dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir və milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu sayılır. Qürur hissi ilə qeyd etməliyik ki, intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunan Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyətdir. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, deyə bəyan edən cənab Prezident İlham Əliyevin bu fikirlərindən də görünür ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.

Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır və Ulu Öndərin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayır. Dahi rəhbərin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan həmin konsept bu gün də qüvvədədir və Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verir və diqqət ayırır. Nəzərə alınır ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi önəmli şərtdir və bu baxımdan da deyə bilərik ki, Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi heç də təsadüfi deyil.

Hər bir tərəf öz üzərinə düşəni yerinə yetirdiyi təqdirdə ictimai və dövlət maraqlarının qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq olar. Hazırda dövlətimiz öz üzərinə düşəni edir və bunun hər bir istiqamətdə şahidiyik. Təbii ki, irəliləyiş, inkişaf üçün vətəndaşlar da öz üzərinə düşəni etməli, dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli, dövlətin müəyyənləşdirdiyi qanunlara əməl edərək öz tövhəsini verməlidir. Vətəndaşlar normalara, ələlxüsus da ictimai mənafeyə zərər vuracaq addımlar atmamalıdırlar və ictimaiyyət bu məsələlərə həssas yanaşmalıdır. Dövlət ictimai asayişi təmin etdiyi və maraqlarımızı qoruduğu kimi, vətəndaşlar da vətənə bağlılıqlarını itirməməlidirlər. Azərbaycanda yaşayan vətəndaşlarımızla yanaşı, xaricdə yaşayan həmvətənlərimiz belə vətənimzlə əlaqədar bağlara sahib çıxmalı, Azərbaycan həqiqətlərinin dünyaya, dünya ictimaiyyətinə çatdırılmasında səy və bacarıqlarını əsirgəməməlidirlər. Həmvətənlərimiz öz övladlarını vətənə bağlılıq tərbiyəsində böyütməlidirlər ki, ermənilərin, hayların timsalında üzərimizə gəlmək istəyən yağıların əməllərini ifşa edəcək, özlərini də məğlub edəcək ruhda yetişsinlər. Deməli, hər birimiz bilməliyik ki, ictimai və dövlət maraqlarının qorunması kontekstində kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir vətəndaşımızın üzərinə böyük məsuliyyət düşür.

İctimai və dövlət maraqlarının qorunması istiqamətində ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi aparılır və vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı yönündə addımlar atılır. İstər orta məktəbdə, istər ali məktəbldə, istərsə də hərhansı təhsil ocağında azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğat aparılır, maarifləndirmə həyata keçirilir. Elə məhz bu təbliğat, bu maarifləndirmə, evladların vərənpərvərlik ruhunda tərbiyə edilməsi sayəsində Azərbaycan gənclərinin vətənin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşməsi, ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz, birliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoydu, torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Belə bir şərəfli yolda, ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafeləyimizin, dəyərlərimizin qorunması yolunda gənclərimizin canından, qanından keçdiyinin də hər kəş şahidi oldu. Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər, əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır və bu, prioritet məsələ hesab olunur.

Müəllif: İnam Hacıyev

6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə