NATO rəsmisi əvvəl dediklərini danır?

NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, NATO rəsmisi təşkilatın kanslerlərinin rəhbəri Stian Yensennin Norveç mətbuatında “Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO-ya üzv ola bilər” açıqlamasını şərh edərkən deyib.

“NATO-nun mövqeyi aydındır və dəyişməzdir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik, bunu NATO liderləri iyulda Vilnüs sammitində təkrarladılar. Nə qədər vaxt aparsa da, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır”, - deyə açıqlamada bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə