Həmrəyliyi, birliyi təmin etməklə xalqını qələbələrə, işıqlı gələcəyə aparan, milli, eləcə də mənəvi birliyə xidmət edən, bununla da xalqının taleyində müstəsna rol oynayan tarixi şəxsiyyətlər unudulmurlar. Xalqı öz ətrafında birləşdirməklə, milli ideyalar uğrunda səfərbər etməklə, ən çətin vəziyyətdən çıxmaq üçün düzgün, doğru yolu göstərən və bununla da cəmiyyətin inkişafına böyük tövhələr verən həmin şəxsiyyətlər əbədi olaraq yaddaşlarda yaşayır. Məhz Ümummilli Lider Heydər Əliyev, onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev öz xalqını qələbələrə, işıqlı gələcəyə aparan, cəmiyyətin inkişafına saysız-hesabsız tövhələr verən şəxsiyyətlərdir və biz görürük ki, əldə etdiyimiz qələbələrimizdə bizim həmrəyliyimizin böyük rolu var.
Tarixi şəxsiyyətlər xalqı qələbələrə milli birlik, həmrəylik sayəsində aparırlar və birliyimizə, həmrəyliyimizə nail olmağın nə dərəcədə önəmli olduğuna zərrə qədər şübhə yoxdur. Həmrəyliyin, milli birliyin sayəsində əldə etdiyimiz qələbəmiz bunu bir daha təsdiq etdi ki, dünya azərbaycanlılarının həmrəyliyi, eləcə də ölkəmizin, xalqımızın milli maraqlarının müdafiəsi üçün diasoir quruculuğu, lobbiçilik olduqca vacib məsələdir. Hələ ötən əsrin sonlarında daxili çəkişmələrin aradan qaldırılmasında, yenidən müstəqilliyi bərpa edilən Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsində, istərsə də 30 ilə yaxın müddət ərzində erməni terrorçuları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsində milli birliyin, həmrəyliyin nəyə qadir olduğunu və nə qədər vacib olduğunun bir daha şahidi olduq. Deməli, həmrəyliyimizin, diaspor quruculuğunun, lobbiçiliyin labüdlüyü hər bir zaman kəsiyində prioritet olaraq qəbul olunması vacib məsələdir. Ulu Öndər Heydər Əliyevin sayəsində 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq təqvimə yazıldı və bu, heç də təsadüfi deyildi, məhz həmrəyliyimizə verilən dəyər sayılır.
Ötən əsrin sonlarında öz müstəqilliyini yenicə bərpa edən, hələ möhkəmlənməyən Azərbaycana qarşı baş qaldıran düşmən qüvvələrin hər birinin məqsədi bəlli idi və onlar üçün ən vacib məsələ ölkəmizi parçalamaqdan ibarət idi, hansıki bunun üçün müxtəlif istiqamətlərdə öz çirkin niyyətlərini ortaya qoymuşdular və etnik qarşıdurmalara, toqquşmalara səbəb olacaq bütün əməllərə əl atırdılar. Deməli, bizi parçalamaq, həmrəyliyimizin qarşısını almaqla öz məkrli niyyətlərinə çatacaqlarını zənn edirdilər və dövlətimizi sarsıtmaq üçün, bizi zəiflətmək üçün birliyimizi əlimizdən almağı ən təsirli hesab edirdilər. Müxtəlif etnik münaqişələrin, eləcə də daxili çəkişmələrin yaranması üçün əlindən gələni edənlər hardasa buna nail ola bildilər deyə, erməni separatçıları, Qarabağ klanı öz çirkin niyyətlərini həyata keçirmək üçün münbit şərait qazanmış oldu və torpaqlarımızın 20 faizi də məhz buna görə işğala məruz qaldı. Bədnam qonşularımız birliyimizin, həmrəyliyimizin olmamasından istifadə edərək namərdcəsinə üstümüzə hücum çəkdilər və öz işğalçılıq niyyətlərini gerçəkləşdirə bildilər. Təəssüf ki, birliyimizin, həmrəyliyimizin olmaması, daxili çəkişmələrin baş alıb getməsi imkan vermədi ki, işğalçıları yerində oturda bilək və bu bizə torpaqlarımızın 20 faizinin işğalı, vətəndaşlarımıza qarşı ermənilərin soyqırım siyasətinin reallaşması, bir milyindan çox məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşməsi və saysız-hesabsız itgilər bahasına başa gəldi. Halbuki, indiki kimi həmrəyliyimiz, birliyimiz olsayda mənfur düşmən öz məkrli planlarını həyata keçirə bilməzdi və bunun qarşısı layiqincə alınardı, hansıki biz bunun İkinci Qarabağ müharibəsi zamanı şahidi olduq.
Qeyd olunun həmin çətin, keşməkeşli, daxili çəkişmələrin hökm sürdüyü dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və məhz ilk növbədə parçalanmaların, toqquşmaların qarşısını almaqla, həmrəyliyimizi, birliyimizi bərpa etməklə problemli məsələlərin köklü şəkildə həllinə nail oldu. İlk növbədə öz Liderinin ətrafında xalqımızın birləşməsi və birliyimiz, həmrəyliyimiz sayəsində ən çətin problemlərin öhdəsindən gəlindi. Məhz davam etməkdə olan erməni işğalının qarşısının alınması da, atəşkəs elan olunması da, sabitliyin bərpa edilməsi də, bugünkü qələbələrimizi təmin edəcək iqtisadi inkişaf yolunun təməlinin qoyulması da, cəmiyyətimizin bütün sahələr üzrə inkişafı istiqamətində əsaslı addımların atılması da təbii ki, birliyimiz, həmrəyliyimiz sayəsində reallaşdırıldı.
Xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla Ulu Öndər Heydər Əliyevin görüşlər təşkil etməsi, onlarla söhbətlər aparması, onlara tövsiyyələr verməsi təsadüfi və səbəbsiz deyildi. Ulu Öndər birliyin, həmrəyliyin nəyə qadir olduğunu nəzərə alaraq bunu edirdi və ona görə də tövsiyyə edirdi ki, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq azərbaycanlılar bir-birləri ilə əlaqəni kəsməsinlər və onların təşkilatlanmasının vacibliyini vurğulayırdı. Məhz dahi liderin bu tövsiyyələri, göstərişləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən xoş qarşılandı və diasporumuz yaranmağa başladı, diaspor quruculuğuna başlanıldı. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğu, lobbiçilik Ulu Öndərin adı ilə bağlıdır və Azərbaycan diasporlarının yaradıcısı və banisi elə məhz Ümummilli Lider Heydər Əliyevdir.
Dünyada Azərbaycan diasporlarının, lobbilərinin yaranması ilə Azərbaycan əleyhinə yalan, təhrif olunmuş, feyk məlumatları yayan erməni təbliğat maşınının
fəaliyyətləri məhdudlaşdırıldı, dezinformasiyaları ifşa edildi ki, bununla da həmin təbliğat maşını ermənilərə istədikləri nəticəni verə bilmədi. Diasporlar, lobbiçilik fəaliyyətə başlamaqla Azərbaycan həqiqətləti bütün dünyaya çatdırıldı və erməni yalanları, eləcə də hayların uydurmaları, yalanları ayaq tutub yeriyə bilmədi. Çünki məhz dünya azərbaycanlılarının həmrəyliyi, birliyi, diasporlarımızın fəaliyyəti sayəsində bütün dünya Azərbaycanın haqlı olduğunu, ərazilərimizin erməni separatizmi tərəfindən işğala məruz qoyulduğu barədə məlumatlandırıldı. Bir sözlə, artıq ölkəmizin haqlı maraqları dünya miqyasında müdafiə edilməyə başlanıldı.
İqtisadi inkişafın, güclü dövlət quruculuğunun, maddi imkanların, silah-sursatın, hərbi texnikanın, eləcə də hərbi potensialın düşmənə layiqli cavab vermək üçün vacib olduğu qədər birliyimiz və həmrəyliyimizin, diasporların, lobbiçiliyik fəaliyyətinin də bir o qədər önəmli olduğu öz təsdiqini elə 44 günlük müharibə dönəmində bir daha tapdı. Şahidi olduq ki, xalqımız birləşərək bir yumruq, “Dəmir yumruq” olub düşmənin başını ən qısa zamanda əzdiyi kimi, ölkəmiz əleyhinə dünyanın bir çox ölkələrində, ələlxüsus həmin ölkələrin səfirlikləri qarşısında aksiya keçirən erməni təşkilatlanmasının da qarşısına məhz Azərbaycan diasporu çıxdı, onların layiqli cavabını verdi. Birliyimiz, həmrəyliyimiz qarşısında nəinki Ohanyan səddi, ümumilikdə, dünyada olan erməni cəmiyyəti belə davam gətirə bilmədi. Məhz bilrliyimiz qarşısında davam gətirə bilməyən düşmən diz çökmək, təslim olmaq, kapitulyasiyaya imza atmaq məcburiyyətində qaldı. Birliyimizə, həmrəyliyimizlə məhz Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdik. Məhz Azərbaycan Prezidenti uzaqgörənliyi, siyasi iradəsi, qətiyyəti ilə öz xalqına, həmrəyliyimizə güvənməklə tez bir zamanda mükəmməl qələbəyə imza atdı.
Müəllif: İnam Hacıyev
6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə