Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi "Hədəf -15 Döş Nişanı"na layiq görülüb. SİA xəbər verir ki, Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.
Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyinin baş ofisində təşkil edilən tədbirin moderatoru dosent Elvin Əliyev Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası haqqında çıxış edib, giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verib, mətbuatla sıx əlaqələrindən danışıb, mükafatçıları təbrik edib Hədəfə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirib.
Tədbirdə mediamızın tanınmış nümayəndələri Aqil Ələsgər, Elnur Eltürk, Rauf Arifoğlu, Natiq Axundov, Cavid Qədir, İlqar İlkin, Toğrul Allahverdi, Bəhruz Quliyev, İlqar Rəsul, Anar Turan, Zaur İbrahimli, Günel Mönsümova, Qulu Məhərrəmli, Gündüz Abbaszadə, Müşfiq Ələsgərli, Aytən Səfərova, Rahil Kərimov, Şahin Nəcəfov, Əflatun Amaşov iştirak edib.
Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış olublar.
Daha sonra tədbir qəlyanaltı süfrəsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə