Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları diqqət mərkəzindədir - TƏHLİL

Ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarıdır, çünki sadalananlar inkişaf proqramları hesab olunur. Elə bu baxımdan da həmin proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması heç də təsadüfi deyil. Bütün sahələri əhatə edən digər inkişaf proqramları kimi elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları da dövlətimizin daim diqqət mərkəzindədir və bu istiqamətdə görülən işlər də məqsədyönlüdür.

İstənilən bir ökənin inkişafı ilk növbədə elm, təhsil və mədəniyyət səviyyəsi ilə olçülür və bu səviyyənin artırılması da prioritet olaraq qəbul edilməlidir, necə ki, qəbul edilir. Məhz bu baxımdan da sözügedən proqramların inkişafının daha da sürətləndirilməsi istiqamətində görülən işlər tam məntiqidir və doğru addım olaraq cəmiyyətimiz tərəfindən qəbul edilir. Sovet hakimiyyəti dövründə, yəni 70 il ərzində bu sahəyə xüsusi diqqət olmasa da, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafı ən mühüm məsələ olaraq diqqət mərkəzində saxlanılıb və hazırda bu istiqamətdə nailiyyətlərin əldə olunması görülən işlərin məntiqi nəticəsi hesab olunur. Bununla belə, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına, davamlı şəkildə inkişaf etdirilməsinə hər zaman ciddi ehtiyac duyulur, çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elə həmin proqramlardır.

Əslində, tarixə nəzərə saldıqda görürük ki, xalqımızın elmə, təhsilə marağı hər zaman olub. Ölkəmizin ərazisində yerləşən tarixi rəsədxanaların olması bunu əyani şəkildə təsdiq edir. Azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiraları təkzib etmək mümkün də deyil. Bu ixtiraları bütün dünya qəbul edir və faydasını da etiraf etməkdədir. Nümunə üçün diqqətə çatdıraq ki, azərbaycanlı alim Lütvizadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi dünyaca məşhurdur, çünki bütün bəşəriyyət həmin nəzəriyyənin əhəmiyyətini, faydasını bilir və dəyərləndirir. Elə buna görə də ölkə hüdudlarından kənarda yaşayıb-yaratmış, ixtiralar etmiş, öz nəzəriyyəsini isbat etmiş bu alimimizi bütün dünya ictimaiyyəti çox yaxşı tanıyır. Sözsüz ki, məhz Lütvizadə kimi alimlərin, elm xadimlərinin, bəşəriyyət üçün faydalı ixtiralar, yeniliklər bəxş edən dəyərli alimərin bundan sonra da yetişdirilməsi ənənəsini davam etdirmək gərəkir və bunun üçün də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına diqqəti daha da artırmaq, daha sürətli inkişafını təmin etmək lazımdır.

Sözsüz ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi bilik səviyyəsinin artmasına, inkişafına, insanların savadlanmasına öz tövhələrini verməkdədir. Elə bu baxımdan da cəmiyyətin inkişafı, tərəqqisi naminə həmin proqramların mütəmadi şəkildə hazırlanması və inkişafı nəzərdən qaçmamalıdır. Əslində, elm və təhsil proqramları, eləcə də cəmiyyətimizin daha da savadlanması, daha dolğun məlumatlara sahib olması üçün əlverişli şərait və kifayət qədər geniş imkankar mövcuddur. Geniş imlanlar dedikdə ilk növbədə ölkəmizdə internet şəbəkəsinin olmasını xatırlatmaq yerinə düşər. Bu şəbəkənin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər ki, bu da hazırda əvəzolunmaz hesab olunur. Çünki təkcə maariflənmək, məlumat əldə etməklə bitmir və elmimizin, təhsilimizin, mədəniyyətimizin təbliği də xüsusi əhəmiyyət kəsb edir və bunun üçün internet resurlarından yararlanmağın olduqca böyük faydası var.

Cəmiyyətimizin savadlanması, dünya görüşünün daha da artması, daha dolğun, daha geniş məlumatlara sahib olması, tariximiz, mədəniyyətimiz, xalqımıza məxsus olan dəyərlər barədə daha dərin informasiyalara, məlumatlara sahib olmaq, yiyələnmək bundan sonra daha vacib hesab olunur. Çünki tarixi həqiqətlər daha dərindən öyrənilməlidir ki, milli maraqlarımız da lazımınca müdafiə olunsun. Biz daim öz məkrli siyasəti ilə bizə məxsus olanı, tarixi torpaqlarımızı, adən-ənənələrimizi, mədəniyyətimizi, musiqimizi ələ keçirmək, mənimsəmək, oğurlamaq niyyətində olan bədnam qonşularımızın olduğunu bilirik. Doğrudur, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq düşmən üzərində mükəmməl qələbə qazanıldı, torpaqlarımız işğaldan azad edildi, bizə məxsus olan hər nə varsa, geri qaytarıldı. Amma unutmaq lazım deyil ki, düşmən olduqca hiyləgərdir və hələ bundan sonra da bizə məxsus olan dəyərlərə əl uzatmayacağını söyləmək olmaz. Dəfələrlə şahidi olmuşuq ki, istər torpaqlarımıza, istər musiqimizə, istərsə də bizə məxsus olan ənənələrə, dəyərlərə haylar daim göz dikiblər, onları özününküləşdirməyə çalışıblar. Biz məhz xalqımıza məxsus olan dəyərləri əxz etməli, öyrənməli, bilməliyik ki, onlara sahib çıxa bilək. Biz öz tariximizi, öz mədəniyyətimizi daha dərindən öyrənməsək, bilməsək, eləcə də ərazilərimizin hər qarışı barədə müfəssəl məlumata, informasiyaya sahib olmasaq, onların müdafiəsi barədə danışmaq belə çətin olar.

Maarifçilik əhəmiyyətli kütləvi xarakter daşıyan proqramların hazırlanmasına indi daha çox ehtiyac duyulur. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə bitsə də, infirmasiya müharibəsi bitməyib və belə bədnam qonşularla nə vaxtsa bitəcəyinə də ümid yoxdur. Deməlı, elmi və tədris proqramlarına, mədəni-maarif proqramlarına, onların hazırlanmasına, daha da inkişaf etdirilməsinə diqqəti bir qədər də artırmalıyıq. Əleyhimizə olan qüvvələrin fəaliyyətinə qarşı dayanmadan iş aparmaq, şər-böhtan xarakterli kompaniyaların, yalanların ayaq tutub yeriməsinə imkan verməmək ən vacib məsələlərdən biri, hətta birincisi hesab olunur. Bunun üçün isə bizə, xalqımıza, ölkəmizə aid olan həqiqətlər dərindən öyrənilməli, tədris və təbliğ edilməlidir. Azərbaycanın qələbəsi, haqq işi, tarixi ədalətin bərpası uğrunda mübarizəsi və Zəfərimiz barədə bütün bəşəriyyət kifayət qədər, özü də davamlı olaraq məlumatlandırılmalıdır ki, düşmən öz məkrli niyyətini həyata keçirə, reallaşdıra bilməsin. Azərbaycan həqiqətəri, xalqımızın haqq işi uğrunda mübarizəsi nəsildən-nəsilə çatdırılmalı, tam dolğun informasiya ilə təmin edilməlidir ki, gələcək nəsillərimiz tarixi həqiqətləri bilsinlər və əminliklə öz milli maraqlarımızdan çıxış etsinlər. Tarixi ədalətin bərpası, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təminatı istiqamətində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikiyi, siyasi iradəsi və qətiyyəti barədə cəmiyyətimiz, gələcək nəsillər mükəmməl məlumata sahib olmalıdırlar. Qazandığımız uğurlarımız, ümumiyyətlə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, tarixi ədalətin bərpası üçün Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər də artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Tədris olunmalı, öyrənilməli və əxz olunmalıdır ki, bu barədə beynəlxalq ictimaiyyət də mütəmadi şəkildə məlumatlandırılsın və düşmənin bu məsələlərə də kölgə salmaq niyyətlərinin qarşısı alınsın. Sözsüz ki, bu həqiqətləri, bu reallıqları dərindən bilən həmvətənlərimiz onları eləcə də dünya ictimaiyyətinə çatdıra, mövqeyimizin ədalətli, işimizin haqq işi olduğunu sübut edə bilərlər. Bunun üçün isə yenə də elm və təhsil proqramlarının, maariflənmənin olduqca böyük əhəmiyyəti var və bu sahəyə diqqətin davamlı şəkildə artırılması labüddür. Öz tarixi və milli-mədəni irsimizə sahib çıxmaq, onu inkişaf etdirmək, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin olmasının elə bu gün də prioritet məsələ sayıldığı təsadüfi və əbəs yerə deyil, tam anlaşılan və məqsədəuyğundur.

Müəllif: İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə