Dövlət qulluqçusu olmaq üstünlükdür, yoxsa məsuliyyət?

23 İyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə bayramı günü kimi qeyd edilir

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il sərəncamı ilə qeyd edilir. Sərəncamda bildrilir ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alınaraq hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə bayramı kimi qeyd ediləcək.

Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəetmənin yaradılması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, o cümlədən vətəndaşların qayğı və ehtiyaclarının tam təmin edilməsidir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlət quruculuğunu və idarəçilik prinsiplərini təsdiq edir, ictimai həyatın bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan verir. 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanun bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, hüquq və vəzifələrini müəyyən edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfərdir. Onların 29,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir. 2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40,1 faiz artaraq 1785,1 manat təşkil edib.

Dövlət qulluqçusu olmaq üstünlükdür?

Məlumdur ki, ölkəmizdə dövlət qulluğu sahəsində çalışan və yaxud da çalışmaq niyyətində olan minlərlə gənc və ixtisaslı kadrlar mövcuddur. Dövlət qulluğu imtahanına hazırlaşan, gələcəyini bu istiqamətdə görən gənclər üçün bu imkanlar yaradılıb.

Dövlət qulluğunda işləyənlərin hansı üstünlüyü var? Həftəlik 40 saat normal iş rejimi, daim vaxtında ödənilən əməkhaqqı, Yeni İl, Novruz bayramlarında əməkhaqqının 100 faizi qədər, Ramazan və Qurban bayramlarında isə əməkhaqqının 50 faizi məbləğində mükafat verilməsi, dövlət orqanında minimum 5 il işləməklə dövlət qulluqçusunun pensiya təminatından istifadə imkanlarının yaranması, dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi, ildə bir dəfə 30 təqvim günündən az olmayan ödənişli məzuniyyət almaq kimi amillər hər kəsi dövlət qulluğunda işləməyə sövq edə biləcək amillərdəndir.

Dövlət qulluqçusu olmaq üçün nə etməli?

İlk dəfə dövlət qulluğuna qəbul olmaq üçün namizədlər müsabiqələrdə iştirak etməlidir. Müsabiqə test və müsahibə olmaqla iki mərhələdən ibarət olur. Test imtahanından uğurla keçən namizədlər isə müsahibələrə dəvət olunur, müsahibədən uğurla keçmiş namizədlər dövlət orqanına təqdim olunaraq 6 ay təcrübə və 3 ay sınaq müddəti olmaqla dövlət qulluğunda öz ilk əmək fəaliyyətlərinə başlamış olurlar. Həm təcrübə, həm də sınaq müddətində olan namizədlər məvaciblə təmin olunurlar.

Test imtahanında namizədlərin yoxlanılması A qrupu- rəhbər vəzifələr, B qrupu- inzibati vəzifələr üztə aparılır. A qrupu üzrə rəhbər vəzifələr olduğu üçün testdə iştirak etmək namizəddən dövlət qulluğunda iş stajı tələb edir. B qrupu üzrə imtahanlar isə iki altqrup üzrə aparılır: BA və BB altqrupları. Test imtahanını uğrula verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar.

Son illərin təcrübə və statistikası göstərir ki, dövlət orqanların böyük əksəriyyəti tam şəffaf şəkildə müsahibələri həyata keçirirlər. Müsahibə mərhələsində namizədin bilik və peşə-ixtisas səviyyəsinin mövcud vakansiyaya uyğunluğunun yoxlanılması məqsədilə müsahibə komissiyası imtahan götürür. Müsahibə komissiyasının tərkibinə 3 məsul şəxs olur. Onlardan biri - dövlət orqanının nümayəndəsi vəzifə proqramı üzrə namizədin ilkin biliklərini yoxlayır. DİM-nin nümayəndəsi qanunvericilik proqramı üzrə, sərbəst ekspert isə ümumi dünya görüşü üzrə namizədin biliklərini yoxlayır.

Xüsusilə qeyd etmək lazımdır ki, müsahibədə namizədin geyimindən tutmuş, danışıq qabiliyyətinə kimi, eyni zamanda da suallara verdiyi cavabların dolğunluğu mühim əhəmiyyət kəsb edir. Müsahibədə uğur qazanmaq üçün bilikdən əlavə mümkün olduğu qədər sərbəst olmaq, müsahibə komissiyasından çəkinməmək, haqlarını qorumaq, doğru bildiyindən dönməmək, sübut etmək qabiliyyətləri də nəzərə alınır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə