Elektron Köşk: məqsədi, mahiyyəti, perspektivləri - KÜÇNDƏN BAXIŞ

Elçin Bayramlı

Xəbər verildiyi kimi, noyabrın 25-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib. Mərasimdə yeni portalın mahiyyəti və məqsədi haqda məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətində əsas götürdüyü istiqamətlərdəndir.

Qabaqcıl texnologiyaların sürətli inkişafı, qlobal informasiya mühitinin modernləşməsi, ənənəvi çap mediasında yeni texnologiyaların tətbiqini və rəqəmsallaşmanı zəruri edir, eyni zamanda müvafiq sahə üçün uzunmüddətli inkişaf perspektivləri yaradır. Yeni media mühitinin ehtiyaclarının və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlandığı “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Plaforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaradır.

“E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.

Platformada yerləşdirilən müxtəlif qəzet və jurnalları satın almaq və ya abunə olmaqla əldə etmək mümkündür. Qeydiyyatdan keçdikdən sonra qəzet və ya jurnalların üzərinə klikləyərək qiymətlərlə tanış olmaqla yanaşı, müvafiq nömrələri almaq və ya qəzetlərə aylıq, rüblük, 6 aylıq və illik abunə olmaq ilə bağlı xidmətlərdən faydalanmaq mümkündür.

E-Köşk-ün yaradılmasında aşağıdakı məqsədlər nəzərdə tutulur;

-Çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq

-Cəmiyyətdə oxu vərdişlərini inkişaf etdirmək

-Ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşmasını təşviq etmək

-İnformasiya cəmiyyətinə keçidi sürətləndirmək.

Göründüyü kimi, çap mediasının yeni texnoloji dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində bütün mümkün imkanlardan istifadə edilir. Belə bir vahid portal çap mediasını- qəzetləri və jurnalları dünyanın istənilən nöqtəsindən onlayn rejimdə klassik qəzet stilində nəzərdən keçirmək imkanı verir. Bundan başqa, paortalda onların arxivini araşdırmaq, abunə olmaq, konkret nüsxəni sifariş etmək və sair imkanlar var.

Müasir dövrdə qəzetlərin və jurnalların daha operativ şəkildə və daha çox oxucu auditoriyasına çatdırılması üçün bu portal unikal bir imkan yaradır. Hər hansı bir qəzeti, jurnalı köşklərdən tapa bilməyən adam həmin nəşrin pdf variantından çapa verib kağız daşıyıcıda özündə saxlaya bilər.

Bu cəhətdən MEDİA tərəfindən yaradılmış növbəti layihənin çox faydalı və effektli olduğunu əminliklə deməyə bilərik.

Portalda Azərbaycan mətbuat tarixi inciləri adlı virtula sərgi bölməsi də yaradılılıb. Bu baza jurnalistlər üçün də əvəzsiz mənbədir. Üstəlik, tarixi nəşrləri də buradan əldə etmək mümkün olacaq ki, bu da araşdırmaçılar daha rajat və daha yaxşı bir imkandır.

E-Köşk portalı Azərbaycan media tarixində bir ilkdir, klassik mediaya növbəti bir dəstəkdir. Şübhə yoxdur ki portalın funksiya və imkanları getdikcə daha da genişləndiriləcək, daha böyük auditoriyaya çıxış imkanı yaradılacaq.

“E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması həm də vahid elektron arxiv kimi Azərbaycan çap mətbuatının elektron bazası rolunu oynayacaq.

Ümumiyyətlə, klasssik mətbuatın belə bir elektron bazasının yaradılması informasiya əsrində onun dayanıqlığının və texnoloji gələcəyə keçidinin sürətləndirilməsini şərtləndirir. Bu baza jurnalistika fakültələrinin məzunları üçün də qiymətli və rahat elektron bir mənbə rolunu oynayacaq.

Portal çərçivəsində müxtəlif yeniliklərin və layihələrin həyata keçiriləcəyi də anons olunub ki, bu da klassik mediamızın yaşadılması, onun ənənələrinin qorunub saxlanması və elektron dünyaya transformasiyasının daha rahat təşkili üçün vacibdir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə