Bəylər Həsən oğlu HƏSƏNOV, 1-ci Qarabağ müharibə veteranı

İLHAM DEDİM MƏN

Zülmət qaranlığı yox edən sənsən,
Nurlu bir sabahı bəxş etdin bizə.
Dedilər, kimdir o böyük insan?
Fəxrlə, qürurla İlham dedim mən!

Gecələr sübhədək xalqı düşünən,
Ümidsiz insana ümid gətirən.
Dedilər, kimdir o böyük insan?
Fəxrlə, qürurla İlham dedim mən!

Dümən gülləsinə sinə gərərək,
Azadlıq bayrağını bəxş etdi bizə.
Dedilər, kimdir o böyük insan?
Fəxrlə, qürurla İlham dedim mən!

Rəcəb Ərdoğanla yanaşı durmuş,
Qəhrəman, igid bir oğul da var.
Dedilər, kimdir o böyük insan?
Fəxrlə, qürurla İlham dedim mən!​

Bütün xəbərlər Facebook səhifəmizdə