Nağıla bənzəyir, həyatım mənim.
Sən nağıl ömrümün,qəhrəmanısan.
Nağılda harada , axtarım səni?
Ortada,əvvəldə yoxsa sondasan?
Biri var, biri yox, biri heç yoxdu.
Yoxda var,varda yox, hansı gözəldi?
Elə düşünmə ki,səndən heç yoxdu.
Səni sən eyləyən, mənim sevgimdi.
Şipşirin, şit deyil, birazca duzlu.
Birazca məzəli, sözlü nağılım.
Hisslərdə yoğrulub,ürəkdə bişən,
Ay mənim realda,güzgü nağılım.
Leyla Əsədullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB