"Xocalıya baş tutan köç siyasi iradənin növbəti təntənəsidir" - SƏDR DANIŞDI

“Bu gün müxtəlif sahələr üzrə əldə olunan uğurların əsasını ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, ölkə prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızı düşmən tapdağından azad etməsi, 2023-cü ilin ilin sentyabrın 19-20 də lokal xarakterli antiterror tədbirləri və ən nəhayət həmin ilin oktyabrın 15-də Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması təşkil edir. Azərbaycan əldə etdiyi Zəfərlərə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman ordumuzun şücaəti sayəsində nail oldu. Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və Prezident cənab İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi zəfərdir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işlərinə başlanmış, qısa müddət ərzində böyük nəaliyyətlər əldə olunmuşdur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin növbəti təsdiqi olaraq 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”da öz əksini tapmışdır. Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Bu müddət ərzində həm də işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.Diqqətə çatdıraq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir.

Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir. Bu prosesdə Heydər Əliyev Fondunun işğaldan qurtulmuş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Birinci vitse-prezident, fondun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub.İşğaldan azad edilmiş ərazilərdə ölkəmizin öz siyasi və iqtisadi gücü hesabına başlanan və surətlə davam edən genişmiqyaslı bərpa işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir. Belə böyükmiqyaslı işləri yalnız Azərbaycan kimi qüdrətli dövlət həyata keçirməyə qadirdir.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və digər imkanlar mövcuddur.Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Cari ilin may ayının 28-də Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfəri çox böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, səfər çərçivəsində ən əhəmiyyətli məsələrdən biri də Xocalıda gedən yenidənqurma işləri ilə tanışlıq, ilk yaşayış kompleksinin açılışı, Xocalıya ilk köç edən sakinlərlə görüş və həmin kompleksədə yaşayacaq sakinlərə mənzillərin təqdim edilməsi olmuşdur. Bu eyni zamanda böyük tarixi hadisədir. Xocalı şəhərinin sakinləri düz 32 ildən sonra öz doğma yurdlarına qayıtdılar.

Prezident cənab İlham Əliyev hər zaman olduğu kimi yenə də bayram günündə sadə insanların yanında idi. 28 May gününü iki il əvvəl Ağalıda, keçən il Laçında, indi də Xocalıda qeyd etməsi Prezidentin xalqa arxalanmasının və xalqın ona güvənməsinin göstəricisidir. Yurda qayıdışın sevincini sadə isanlarla birgə yaşayan dövlət başçısı cənab İlham Əliyev qeyd edib ki: "Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Bu gün, əslində, "Böyük qayıdış" proqramının Xocalı səhifəsi yazılır".

Xocalıda sakinlərlə səmimi görüş zamanı Prezident cənab İlham Əliyev daha bir müjdəniverərək, cari ilin sentyabrında Xankəndi şəhərinə köçün baş tutacağını bildirib. Prezident cənab İlahm Əliyev bildirib ki, Xankəndi şəhərinə ilk köçənlər Qarabağ Universitetində təhsil alacaq tələbələr və onlara təhsil verəcək müəllimlər olacaq. Bu proses regionda həm Böyük Qayıdışın daha da inkişaf etdirilməsi və təhsil imkanlarının da da genişlənidirilməsi üçün münbit şərait yaradacaqdır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır, illər əvvəl xəyal kimi görünən arzularımız ardıcıllıqla həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə qədəm qoyduğumuz yeni inkişaf mərhələsi bu gün özünün çoxşaxəli tərəfləri ilə daha təminatlı gələcəyə körpü yaradır. Dünyada ikinci bir ölkə göstərmək mümkün deyil ki, 30 ilə yaxın işğal altında olan torpaqlarını xalq-iqtidar birliyindən güc alaraq müharibə yolu ilə azad edib dərhal həmin ərazilərdə böyük bərpa-quruculuq işləri aparsın. Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu ağır vəzifənin öhdəsindən layiqincə gələ bildi. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə