Husilər Yəməndə BMT əməkdaşlarını casusluqda ittiham edərək saxlayıblar. SİA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. “Beş milli heyət üzvü və 15 beynəlxalq əməkdaş həbsxanada saxlanılır”, – deyə məlumatda bildirilir. BMT-nin verdiyi məlumata görə, insident ötən gün baş verib. “Ənsar Allah” silahlı dəstələri əvvəlcədən xəbərdarlıq etmədən kompleksin ərazisinə daxil olublar. Dindirilmədən sonra 11 Yəmən vətəndaşı azad edilib, lakin 20 əməkdaş, o cümlədən 15 xarici vətəndaş hələ də saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə