...İndi də Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, Luvrdan zinət əşyalarını xaricilər oğurlayıblar.
Nunezin sözlərinə görə, oğurluğu “çox təcrübəli komanda” həyata keçirib.
Nazir ümid etdiyini bildirib ki, “cinayətkarlar çox tez tapılacaq, oğurlanmış əşyalar da tapılacaq”.
SİA bir daha xatırladır ki, Luvrda oğurluq oktyabrın 19-da səhər saatlarında baş verib. Muzey “müstəsna hallar” səbəbindən bir gün bağlı qalıb və ziyarətçilər təxliyə edilib. TF1-in məlumatına görə, oğurluğu skuterdə bir neçə şəxs həyata keçirib.
Onlar muzeyin fasadlarından birinə qalxmaq üçün bum qaldırıcıya quraşdırılmış nərdivandan istifadə ediblər.
Daha sonra oğrular pəncərələri sındıraraq Apollon qalereyasında bir otağa daxil olaraq bir neçə zinət əşyasını oğurlayıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə