İki avropalı nazir arasında toqquşma olub..?

X platformasında Macarıstan və Polşanın xarici işlər nazirləri Peter Siyarto və Radoslav Sikorski arasında ictimai mübahisə yaranıb...

...Macarıstan və Polşanın xarici işlər nazirləri Peter Siyarto və Radoslav Sikorski X platformasında ictimai mübahisəyə giriblər. Münaqişə Polşa məhkəməsinin “Şimal axını” qaz kəmərində terror aktını təşkil etməkdə təqsirləndirilən ukraynalı Vladimir Juravlevin azadlığa buraxılması və onun Almaniyaya ekstradisiyasının rədd edilməsi ilə bağlı qərarı ilə alovlanıb.

SİA-nın məlumatına görə, Siyarto məhkəmənin qərarını kəskin tənqid edərək, bunu qalmaqallı və təhlükəli presedent adlandırıb.

O vurğulayıb ki, bu cür hərəkətlər Avropada müəyyən infrastrukturun olması ilə razılaşmayan və ekstremal tədbirlərə, o cümlədən partlayışlara əl atmağa hazır olanlar üçün nümunə ola bilər.

Buna cavab olaraq Sikorski iddia edib ki, qaz kəmərində baş verən partlayışlar Ukraynanın “cavab zərbəsi” olub, məqsədi Rusiyanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını zəiflətməkdir.

O, bunu özünümüdafiə aktı da adlandırıb.

Hətta Almaniya baş verənləri terror aktı kimi qiymətləndirib. Bundan əvvəl alman siyasətçisi Sara Vaqenknext Almaniya hökumətinin Polşanın “Şimal axını” qaz kəmərində terror aktını təşkil etməkdə şübhəli bilinən Vladimir Juravlevi ekstradisiya etməkdən imtina etməsi səbəbindən Polşa səfirinin çağırılmasını tələb etdiyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə