Dünya çempionu Avropanın ən yaxşı gənc futbolçusunun adını deyir..?

Bu, Yamal deyil...

...Hazırda İtaliyanın “Cenoa” klubunu çalışdıran əfsanəvi fransız futbolçu Patrik Vieyra PSJ-nin və Fransa millisinin 20 yaşlı cinah oyunçusu Desir Duenin gedişi ilə bağlı fikirlərini bölüşüb.

Dünya və Avropa çempionunun fikrincə, Due qitənin ən güclü oyunçusudur və “Qızıl oğlan” mükafatını almağa layiqdir.

...Desir Due Avropanın ən yaxşı gənc oyunçusudur. Təkcə Çempionlar Liqasının finalında qol vurduğuna və bütün istedadını nümayiş etdirdiyinə görə deyil, həm də ona görə ki, “Renn”də hədsiz dərəcədə yetkinləşib və PSJ-də təkmilləşməyə davam edir. Çətin bir dövr keçirdi, amma çox çalışdı və heç vaxt təslim olmadı. Lamin Yamal bu il “Qızıl Oğlan” mükafatına layiq deyil, ona görə də Duenin qalib gələcəyini düşünürəm. O, böyük istedada malik gənc oyunçudur.

RMC Sport Vieira-nın sözlərini sitat gətirir.

Qeyd edək ki, “Qızıl Oğlan” 21 yaşa qədər Avropanın ən yaxşı futbolçusuna verilən illik mükafatdır. Keçən il bu mükafatı Barselonanın cinah oyunçusu Lamin Yamal qazanmışdı; mükafatı iki dəfə qazanmaq mümkün deyil. Due PSJ-də debüt mövsümündə 61 matçda 16 qol vuraraq klubla trebl qazanıb.

Cinah oyunçusu Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbədə iki qol vurub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə