"Facebook" və "whatsApp sosial media tətbiqlərindəki mesajları oxumaq üçün 1000 adamın çalışdığı iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da yerləşən "ProPublica" media təşkilatının hesabatına görə, bu insanlar dünyanın müxtəlif mərkəzlərində yerləşir. Onların vəzifəsi uyğun olmayan məzmunu aşkar etmək və ABŞ Ədliyyə Nazirliyi ilə bölüşməkdir. Bu insanlar digər istifadəçilərin uyğunsuz olaraq qeyd etdikləri məzmuna xüsusi proqramla daxil olurlar. Bununla birlikdə, uc-uca şifrələmə sisteminə malik olan "whatsApp"-da mesajların göndərənlə mesajı alan şəxs arasında olması zəmanət verilir. Eyni qrupa bağlı hər iki şirkət istifadəçi məlumatlarına çıxış əldə edə bilmədiklərini söyləyib. "Facebook", məhkəmə qərarı ilə istifadəçi məlumatları tələb edildikdə 95% müsbət cavab verir. Məzmunu seçmək üçün şirkətdə 15 min moderator çalışır.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB