Əsl ətirləri necə seçək?

Ölkə bazarında satılan ətirlərin 40%-i saxtadır. Saxta ətiri insanlara satan əksər satıcılar ətriyyatın hətta haradan gətirildiyini belə bilmir. Alıcılar isə ətir seçərkən həqiqi və saxtanı fərqləndirməkdə çətinlik çəkir: "Mən sadəcə satıcıdan soruşuram. Özüm bilmirəm. Satıcıdan soruşuram inanıram. Elə olub ki, aparmışam evə saxta çıxıb. Baha olsun baha olanda original olur mən də bahalılığına əsas fikir verirəm".

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov isə deyir ki ölkə bazarlarında satılan ətirlərin 40 faizi saxtadır: "Brendin üzərinə barmaq gəzdirmək lazımdır. Əgər əlin altında o yazılar hiss olunarsa bu həqiqidir. Saxtada isə bir baş apoliqrafiya ilə yazılıb. Originallarda sanki yandırılmış ştanplanmış kimi olur. Ən prestijli mağazalarda belə bəzən saxta ətirlər satılır".

Hər bir məhsulun olduğu kimi ətirlərin də standartı var. Diqqətli olun, orijinal ətrin müəyyənləşdirilmə qaydasını təqdim edirik. Mütəxəssis Nigar Həsənovanın sözlərinə görə, bu standartlara daxildir xarici görünüş, orqonotiq görünüş, rəngi və qoxusu: "İkinci aid edilir ətirlərin şəffaflığının təyini, iyinin davamlığını 60 saatdan az olmamalıdır.

Etil sipirti 85 faiz olmalıdır, efir yağları isə 18 -30 faiz təşkil edilməlidir". Ehtiyatlı olmaq qaçılmazdır. Belə ki, tərkibi məlum olmayan ətirlər dəri xərçənginə qədər gətirib çıxara bilər. Kosmetoloq İradə Həsənli deyir ki, saxta ətirləri dəri ilə təmasda olduqda allergik reaksiya verir: "Müxtəlif dermotozlar qaşınmalar dərinin qurulanması problemlər əməl gəlir.

Bundan başqa piqment ləkələr əmələ gətirir. Ətirin saxtaları çalxalıqda köpük əmələ gəlirsə bu saxtadır". İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 min manatadək cərimələnməsi göstərilsə də, bazara yenə saxta ətriyyatlar daxil olur. Seçim isə alıcının özündədir.

Bütün xəbərlər Facebook səhifəmizdə