Hindistan Rusiya neftinin idxalını 50 faiz azaldacaq...

ABŞ ilə danışıqlardan sonra...

...Hindistanın neft emalı zavodları Rusiya neftinin alışını 50 faiz azaldır.

SİA xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Agentlik aydınlaşdırıb ki, qərar Hindistan və ABŞ arasında son ticarət danışıqları ilə bağlıdır.

Mənbə əlavə məlumat verməyib.

Reuters daha əvvəl bəzi Hindistan neft emalı zavodlarının Rusiyadan tə

Agentliyin mənbələrinə görə, Hindistan hökuməti heç bir rəsmi göstəriş verməyib, çünki Rusiya neftindən qəfil uzaqlaşma inflyasiyanı sürətləndirə və qlobal neft qiymətlərinin artmasına səbəb ola bilər.

Bununla belə, Reuters agentliyinin məlumatına görə, Hindistan rəsmiləri Amerika tərəfi ilə danışıqlar aparıb və Vaşinqton Rusiya neftinin alışının azaldılmasını prezident Donald Trampın tətbiq etdiyi tarifləri azaltmaq və ticarət razılaşmasına nail olmaq üçün əsas şərt edib.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin alınmasını dayandıracağına söz verdiyini açıqlamışdı. Ancaq Yeni Dehlidən bu açıqlamanın rəsmi təsdiqi yoxdur.

Hindistan Xarici İşlər Nazirliyi də öz növbəsində iki lider arasında belə bir telefon danışığı barədə məlumatı olmadığını bildirib.

Bundan əvvəl, avqust ayında Tramp administrasiyası, Vaşinqtonun Rusiya ordusunun maliyyələşdirilməsini dəstəklədiyinə inandığı Rusiya neftinin davamlı alışını əsas gətirərək, Hindistan mallarına rüsumları 50 faizə qaldırmışdı. Hindistan hakimiyyəti buna etiraz edərək sanksiyaları “ədalətsiz və əsassız” adlandırıb.

Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Hindistan Rusiya neftinin endirimlə ən böyük alıcılarından birinə çevrilərək Qərb ölkələrinin satın almaqdan imtina etməsi nəticəsində yaranan boşluğu doldurdu.

Reuters agentliyinin məlumatına görə, Rusiya hazırda Hindistanın neftə olan tələbatının təxminən 40 faizini ödəyir, halbuki müharibədən əvvəl bu pay 1 faizi ötmürdü.

Sentyabrın sonlarında Bloomberg xəbər vermişdi ki, Yeni Dehli tədricən Rusiya tədarükünü dayandırmağı düşünür və bu tədarükləri İran və ya Venesueladan gələn neftlə əvəz etmək şərtilə...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə