Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi pilotsuz uçuş aparatlarının ABŞ istehsalı olan “Tomahawk” raketləri ilə mübadiləsində maraqlı olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla geniş tərkibdə keçirilən görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Zelenski bildirib ki, Ukrayna minlərlə hərbi pilotsuz uçan aparata malik olsa da, ABŞ istehsalı olan yüksək təsir gücünə malik raketlərə sahib deyil. Bu səbəbdən də o, hər iki ölkənin ortaq hərbi məqsədlər naminə əməkdaşlıq edə biləcəyini təklif edib.
Donald Tramp isə ABŞ-ın belə bir mübadilə razılaşmasında maraqlı olduğunu təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə