Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün yaxşı bir məqamdır.
SİA-nın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, Rusiya müharibənin həllinə hazır deyil. “Ancaq düşünürəm ki, sizin köməyinizlə bu müharibəni dayandıra bilərik. Buna həqiqətən
ehtiyacımız var. Rusiyanın döyüş meydanında uğurlu addımlarının olmadığını görürük və bu, yaxşıdır. Hesab edirəm ki, onların ordusu indi zəifdir, itkiləri çoxdur. İqtisadiyyatda da çoxlu itkiləri var. Hesab edirəm ki, bu, çox vacib məqamdır”,- deyə Zelenski əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə