...Ötən gün Pentaqon tərəfindən açıqlanan naməlum uçan obyektlər (UNO) ilə bağlı sənədlər arasında yadplanetlilərlə insan qarşılaşmaları ilə bağlı məlumatlar var.
SİA xəbər verir ki, bu, New York Post qəzetində vurğulanıb.
Gizlilikdən çıxarılmış sənədlərdə jurnalistlər 19 oktyabr 1966-cı il tarixli daxili Federal Təhqiqat Bürosunun hesabatını tapıblar. Bu hesabatda dünya miqyasında UNO müşahidələrinin "pik ili" adlandırılan 1965-ci ilə aid şahid ifadələri var.
Ən şokedici təsvir UNO və heyətinin enişi idi. Bir şahidin sözlərinə görə, "uçan obyekt"dən təxminən bir metr hündürlüyündə varlıqlar skafandr və dəbilqə geyinərək çıxıblar.
UNO-nun səssizcə "fantastik sürətlə" hərəkət etdiyi, yola düşməzdən əvvəl havada hərəkətsiz qaldığı bildirilir. Federal Təhqiqat Bürosunun daxili hesabatında iddia edilir ki, UNO müşahidələri barədə məlumat verən insanların çoxu hüquq-mühafizə orqanlarının əməkdaşları, aktiv xidmətdə olan hərbçilər və kommersiya aviaşirkətlərinin pilotları da daxil olmaqla "etibarlı şəxslər"dir.
Bundan əlavə, sənəddə maqnezium ərintisi, təmiz maqnezium, "son dərəcə sərt naməlum metal" və "səthə mikrometeorit təsirləri"nin dəlilləri olan qəzaya uğramış naməlum obyektlərdən bəhs olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB