...Spirtli içkilər arasında ən böyük təhlükə araq, şirin şərab və pivədir.
SİA-nın məlumatına görə, bu sahə üzrə olan həkim deyir ki, saxta araqlar ciddi zəhərlənmə ehtimalı ilə təhlükəlidir, yüksək şəkər tərkibli şərablar isə həddindən artıq istehlakı təşviq edir.
Həkim qeyd edib ki, şəkərin fermentasiyası prosesi içkinin gücünü artıra bilər ki, bu da birləşərək ağır asmaya səbəb olur.
Mütəxxəsis, tərkibində nisbətən az spirt olmasına baxmayaraq, tez bir zamanda asılılıq yaradan və hormonal balanssızlığa, çəki artımına və ürək-damar problemlərinə səbəb olan pivəyə xüsusi diqqət yetirib.
Alkoqollu kokteyllər və energetik içkilər qaraciyər sirrozu, pankreatitin inkişaf riskini artıran və beyin funksiyasının pisləşməsini sürətləndirən çirklər və şəkərlər səbəbindən təhlükəlidir.
Yeri gəlmişkən, bundan əvvəl Dövlət Dumasının deputatı Əmir Xamitov Rusiyada spirtli içkilərin alınmasına özünü məhdudlaşdırma mexanizminin tətbiqini təklif edib və bunun vətəndaşların sağlamlığına müsbət təsir edəcəyinə inanıb.
O, kredit sektorunda analoji sistemin uğurlu tətbiqi təcrübəsini qeyd edib.
Həmçinin bildirilib ki, 2025-ci ilin birinci rübündə Rusiyada gücü 9 faizdən çox olan spirt istehsalı 20,7 faiz azalıb.
Araq istehsalı 22,7 faiz azalaraq 12,8 milyon dekalitr, konyak istehsalı isə 25 faiz azalaraq 1,4 milyon dekalitr olub.
Spirtli içkilərin istehsalı isə 9,2 faiz azalaraq 3,5 milyon dekalitə düşüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə