Corc Vaşinqton Universitetinin Kosmik Siyasət İnstitutunun direktoru Skott Peys etiraf edib ki, yaxın beş ildə Marsın insanla uçuşu və ya ondan torpaq nümunələrinin Yerə çatdırılması mümkündür.
SİA-nın məlumatına görə, bu barədə Amerikanın “ArsTechnica” nəşri yazır.
Ekspertin fikrincə, yaxın beş ildə Qırmızı Planetə insanın enməsi mümkün olmayacaq. Peys hesab edir ki, ABŞ-ın kosmik siyasətinin uzunmüddətli məqsədi kosmik fəaliyyətlərin davamlı inkişafı və bəşəriyyətin günəş sisteminə genişlənməsi olmalıdır.
Nəşr eksperti ABŞ-ın Respublikaçılar Partiyasının uzun illər kosmos siyasəti ilə bağlı məruzə və məqalələr yazan nüfuzlu üzvü adlandırır.
Ekspert Nümayəndələr Palatasının Elm, Kosmos və Texnologiyalar Komitəsinin alt komitəsində deyib ki, yaxın gələcəkdə Ayda yaşayış məntəqələri Antarktidadakı tədqiqat stansiyalarına bənzəyə bilər.
Yanvar ayında SpaceX-in yaradıcısı Elon Musk, Starship təkrar istifadə edilə bilən nəqliyyat sisteminin sınaq proqramında təcrid olunmuş insidentlərin Marsın kolonizasiyası planlarına təsir etməyəcəyini söyləyib.
Noyabr ayında iş adamı X sosial media saytında yazmışdı ki, Mars "şüurun uzunmüddətli sağ qalması" üçün çox vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə