Qara dənizdə bəzi günlərdə hava qəfil dəyişir. Hava dəyişdikcə dəniz də dəyişir. Əvvəlcə külək qalxır, göy üzü birdən-birə buludlarla örtülür, dəniz dalğalanır. Amma narahat olmayın, bu gün o günlərdən deyil. Çünki “Səyahət” gəmimiz yalnız yaxşı havalarda dənizə çıxır. Bu gün hava günəşli, dəniz də sakitdir. “Səyahət” gəmisində yerinizi alaraq bizi bu səfərdə tək qoymadığınız üçün təşəkkür edirik. Marşrutumuz Artvindir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Artvinə doğru gedərkən sizə qısa məlumat verim. Qara dəniz sahili Türkiyenin cənub və qərb hissəsindən xeyli fərqlənir. Bu bölgə yamyaşıl yaylaqlara, qarlı dağlara, zirvələrdəki krater göllərinə, kanyonlara və heyranedici təbii gözəlliklərə malikdir.
Artvin Qara dəniz bölgəsinin şərq hissəsində və Türkiye ilə Gürcüstan sərhədində yerləşir. Şəhər yerləşdiyi əraziyə görə tarixdə çox mühüm yerə malikdir. Burada Gürcüstan krallığından Osmanlı İmperiyasına və ən son Türkiye Cümhuriyyətinə qədər bir çox dövlətlər yerləşir. Yüzilliklər, minilliklər ərzində hər bir dövlət, hər bir millət Artvində özünün fərqli izlərini qoyub.

Bəli, indi sahilə yaxınlaşırıq. Artvin səyahətimizə haradan başlamalıyıq? Yaylaqları, tarixi yerləri, yoxsa şəhərin mədəni zənginliyini araşdırmaq istərdiniz? Qərar vermək də çətindir, qısa zamanda Artvini gəzmək də. Buyurun, əvvəlcə lövbər salıb sahilə yaxınlaşaq, sonra sizin üçün hazırladığım Artvin turuna başlayaq.
İlk dayanacağımız möhtəşəm mənzərəsi ilə diqqət çəkən Artvin qalasıdır. Qala Çoruh çayına baxan sıldırım yamacda tikilib. Gürcü krallığı dövründə "Livana" adı ilə tanınıb. Qala divarlarının içərisində su anbarı və ibadətgahın qalıqlarını görmək mümkündür. İkinci dayanacağımız isə gürcü ədəbiyyatında bir çox əsərdə adı keçən, Barhal kilsəsi kimi tanınan Parhali monastırıdır. Bu, Artvinin bugünümüzə qədər gəlib çatan və divarlarındakı bəzəkləri ilə diqqət çəkən ən toxunulmaz kilsələrindən biridir. Binada toxunma, bitki, heyvan və mələk fiqurları ilə daş işləmələrinin gözoxşayan nümunələrini görə bilərsiniz.
Artvində daş işləməli və memarlığı ilə diqqət çəkən digər bir monastır isə İşani monastırıdır. Tarixi və memarlıq xüsusiyyətlərinə görə bu bina Mühafizə Olunan Daşınmaz Mədəni Əmlak kimi qeydiyyata alınıb. Yəni rəsmi icazə olmadan binaya hər hansı dəyişiklik etmək mümkün deyil.

Artvinin tarixi və mədəni mirasında monastırların əhəmiyyətli yeri var. Buna görə də mütləq görməli olduğunuz bir neçə monastır haqqında danışmaq istəyirəm. Artvin və ətrafının bugünümüzə qədər gəlib çatan və ən böyük kilsəsi hesab edilən Təkqala monastırı ziyarət edilməli olan yerlərdən biridir. Təkqala monastırı "Dörd Kilsə" kimi də tanınır. Orta əsrlərə aid olan Doliskana monastırı yarımdairəvi forması ilə heyranedici görünüşə malikdir. Bu monastır dövrün məşhur memarlarından biri tərəfindən xüsusi olaraq tikilib və zərif daş işləməsi ilə diqqət çəkir.
Porta monastırı isə orta əsrlərdə ictimai həyatın necə olduğuna dair çox mühüm ip ucları verir. Porta Monastırı bugünümüzə qədər gəlib çatmasa da, xarabalıqlarından kifayət qədər möhtəşəm olduğu aydın olur. Sıldırım ərazi üzərində inşa edilmiş Parehi monastırı bölgə ruhanilərinin tənhalığa çəkildiyi gürcü pravoslav monastırı olması ilə böyük əhəmiyyət daşıyır.
Əgər çox yorulmadınızsa, sizi başqa bir təhhalıq əraziyə aparmaq istərdim. Tamara Rooms Artvinin möhtəşəm təbiət gəzintisidən sonra gedib çata biləcəyimiz bir yerdir. Bura qayalardan oyularaq tikilmiş kilsə və otaqlardan ibarətdir. Gürcüstan kraliçası Tamaranın adını daşıyan bu otaqlar xristian ruhanilərinin tənhalığa çəkildiyi yer kimi tanınır.

Artvində monastırlarla yanaşı kilsələr də diqqət çəkir. Bir gürcü pravoslav kilsəsi olan Tibeti kilsəsi, Hz. İsanı və həvarilərini təsvir edən şəkillər qabartma və bəzəkləri ilə seçilir.
Artvin təbiətdən və tarixdən zövq almaq istəyənlərin mütləq görməli olduğu yerdir. Bu gün sizə memarlığın bəzi nümunələrindən danışdım. Başqa bir proqramda yaylaqları, milli parkları, kanyonları haqqında danışıb Artvinin təbii gözəllikləri ilə sizləri tanış edəcəm. İndi isə dənizə açılmağın vaxtıdır. Gələn həftəyə qədər sağolun, salamat qalın.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Andrey Arşavin Bakıda
İdman 23:19Səhiyyə nazirinə yeni müşavir təyin edildi
Sosial 22:32Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 20:36“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



