“Tvitter” sosial media proqramı çöküb. SİA xarici mətbuata istinadən xəbər verir ki, günorta saatlarından etibarən dünya üzrə yüz minlərlə istifadəçi “Tvitter”ə daxil olmaqda problem yaşamağa başlayıb.

Mobil telefon proqramlarında və kompüterlərdə görülən problemin niyə baş verdiyi məlum deyil.

Qeyd edək ki, indiyə qədər “Tvitter”dən ən çox istifadə edilən ölkə ABŞ-dır. Bu sosial şəbəkənin ən çox istifadə edildiyi ikinci ölkə isə Yaponiyadır. Burada istifadəçilərin sayı 60 milyona yaxındır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə