Pendir alarkən ehtiyatlı olun - MÜTƏXƏSSİD AÇIQLADI

“Ümumiyyətlə sənaye üsulu ilə hazırlanan pendirlərdə və ya ev şəraitində hazırlanan pendirlərin hazırlanma avadanlıqları yuyulmalı və dezinfeksiya olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.


Onun sözlərinə görə, çox vaxt pendir hazırlanarkən səhlənkarlıq halları baş verir: “Bildiyimiz kimi pendir süd məhsuludur və riskli məhsuldur. Pendir istehsal olunan qabın yaxşı təmizlənməməsi mikrobioloji çirklənmənin baş verməsinə səbəb olur. Təbii ki, belə olduqda zəhərlənmə halları baş verir. Ona görə də qidanın emalından öncəki proses yəni təmizlənmə prosesi və ondan sonra düzgün şərtlər altında emalı vacibdir. Pendirin paketlənməsi və etiketlənməsi düzgün şərtlər altında həyata keçməlidir. Əks təqdirdə qida zəncirində hər hansı bir qırılma olarsa, yəni işçi və ya sahibkar səhlənkarlığı baş verərsə, bu zaman qida zəhərlənmələri baş verə bilər. Zəhərlənmə halları əsasən azyaşlılarda və böyüklərdə daha çox baş verir. Bununla yanaşı pendirin marketlərdə düzgün şərtlər altında saxlanılması vacibdir. Soyuducunun dərəcəsi standartlara uyğun olaraq tənzimlənməlidir. Ümumiyyətlə marketlərdə qida zəncirində kobud səhvlərə yol vermək olmaz”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə