Çində pandemiya başlayandan bəri COVID-19-a yoluxma sayında rekord olub.
SIA TASS-a istinadən xəbər verir ki, son 24 saat ərzində Çində 29 411 koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri record deməkdir.
Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına görə, COVID-19-a yoluxan 3020 nədərdən 21-i xaricdən gəlib.
Qalan 2999 nəfər isə ölkə daxilində olanlarda müəyyən edilib.
Gün ərzində ən çox yoluxma Şanxayda (2573) və şimal-şərqdəki Jilin əyalətində (325) qeydə alınıb.
26 391 nəfərdə xəstəlik əlamətləri müşahidə edilməyib.
Hazırda Çində yoluxanların sayı 171,3 min nəfərdir.
Onlardan 143 mindən çoxu sağalıb, 4638 nəfəri isə ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB