Aşağı qan şəkərinin (Hipoqlikemiya) qarşını almaq üçün istifadə edilməsi məsləhət görülən təbii yollar.
Hipoqlikemiya adlanan aşağı qan şəkərinə səbəb bir çox amil var.
İstehlak etdiyimiz qidalar və gün ərzində etdiyimiz fəaliyyətlər qandakı şəkərin düşməsinə səbəb ola bilər.
Hipoqlikemiya qan şəkərinin 2.8 milimol / litr-dən aşağı olması ilə özünü göstərir. Bu vəziyyətdə bədənin hüceyrələri lazımi miqdarda enerji ala bilmədikləri üçün təxrib olurlar ki, bu da sağlamlıq üçün təhlükəlidir.
Vaxtında yemək yemədikdə əsəbilik, narahatlıq və buna bənzər psixi problemlərin yaşanması, yemək yedikdən sonra əzginlik halının başlaması, gün ərzində tez-tez yorğunluq hissi, hipoqlikemiya riskinin yüksək olduğunu göstərir.
*Qandakı şəkərin aşağı düşməsinin qarşısını almaq üçün istifadəsi tövsiyə olunan qidalar:
Alma:
Almanın tərkibindəki petkin maddəsi qan şəkərinin balansını qoruyur. Bir alma yeyərək aşağı qan şəkəri simptomlarından xilas olmaq mümkündür.
Pomidor:
Pomidor istehlakına laqeyd yanaşılmamalıdır. Pomidor qan şəkərini ideal tarazlığa çatdıran qidadır. Gün ərzində qan şəkərinin aşağı düşməsinin qarşısını almaq üçün səhər yeməyində çiy pomidor istehlakı məsləhətdir. Hərəkətli və aktiv həyat tərzi olanlar pomidorlu buterbrodlar və ya salat istehlak edərək yorğunluğun qarşısını ala bilərlər.
Az miqdarda xurma, qax, gavalı qurusu istehlakı da qan şəkərini tarazlar.
Üzvi bal: Gün ərzində özünüzü yorğun hiss edirsinizsə və yemək fürsəti tapa bilmirsinizsə, bir çay qaşığı bal istehlak edərək qan şəkərinin aşağı düşməsinin qarşısını ala bilərsiniz. Bal enerji verir və aşağı qan şəkərinin balanslı seviyyəyə çatmasına kömək edər.
Süd:
Süd istehlakı hər kəs üçün faydalıdır. Qan şəkərinizin düşdüyünü fərq edən kimi bir stəkan süd içərək özünüzü daha yaxşı hiss edə bilərsiniz. Uzun müddət tox qalmaq və qan şəkərini balanslaşdırmaq üçün qatıq və ya ayran istehlakı da məsləhətdir.
Hipoqlikemiyanın qarşısını almaq və müalicə etmək üçün hazır və ya təzə sıxılmış meyvə şirəsi istehlakından imtina edilməlidir. Quru meyvələr yerinə təzə meyvələr istehlak edilməlidir.
Quru paxlalılar qan şəkərinin qəfil yüksəlməsi və aşağı düşməsinin qarşısını alan super qidalar hesab edildiklərindən, sutka ərzində istehlakı vacibdir.
Qan şəkərinin balansını qorumaq və qidanın qana sürətlə qarışmasının qarşısını almaq üçün yeməkdən əvvəl və yemək arasında 1 stəkan su içmək məsləhətdir.
Avokadonun da qan şəkərinin aşağı azalmasının qarşısını aldığı güclü alternativlər arasında olduğu unudulmamalıdır.
*Hipoqlikemiyadan əziyyət çəkənlərin riayət etməli olduqları qidalanma qaydaları:
-Ağ çörək, kartof püresi, pizza, düyü plovu, desertlər, xüsusilə unlu, şəkərli, şirniyyatlar yeyilməməli və ya çox az istehlak edilməlidir.
-Qəhvə və çay kimi kofeinlə zəngin içkilər müəyyən miqdarda istehlak olunmalı.
-Sərinləşdirici içkilər, soyuq qutu çaylar, hazır meyvə şirələri və kola içkilərindən imtina edilməlidir.
-Təzə meyvə istehlak edilməsi məsləhətdir.
-Qidalar az və qısa fasilələrlə istehlak edilməli. Qidalanma intervalları 2,5-3 saatdan çox olmamalıdır.
-Yeməkdən yayınma səhvinə yol verməməli, prinsip olaraq üçü əsas olmaqla 6 dəfə yemək vərdişi mənimsənməlidir.
-Karbohidrat istehlakı azaldılmalı, protein qəbulu bir az artırılmalıdır.
-Menyulara qatıq, pendir, yumurta, balıq, toyuq, yağsız qırmızı ət daha çox daxil edilməlidir.
-Hazır, işlənmiş, qablaşdırılmış və dondurulmuş qidalar yerinə təzə və təbii qidalara, lobya, noxud, mərcimək, bütün taxıl məhsulları, tərəvəz və meyvə istehlakına üstünlük verilməlidir. Hər gün məşq edilməli, lakin yeməkdən əvvəl acqarına sıx və ağır məşqdən imtina edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



