Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 9-da 143 nəfər dünyasını dəyişib.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bir gündə 366 min 536 test edilib. Gündəlik yoluxma sayı 33.243-dür.

Son 24 saatda sağalanların sayı 68.822-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 144 min 478-ə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə