Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 77.434-dür (26 yanvar 2022)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) yanvarın 26-da 188 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 416 min 536 test edilib. Gündəlik yoluxma sayı 77.434-dür.

Son 24 saatda sağalanların sayı 85.501-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 141 milyon 252 min 329-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə