Rumıniyada koronavirusa yoluxma halı kəskin şəkildə artıb

Rumıniyada pandemiya başlanandan bəri ən çox koronavirusa yoluxma halları qeydə alınıb.

SIA xəbər verir ki, son sutka ərzində 19 min 649 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb. Cəmi bir ay əvvəl ölkədə gündə mindən az koronavirus yoluxma faktı qeydə alınıb. Omikron virusunun yüksək yayılma qabiliyyəti səbəbindən yoluxma halları sürətlə artır. Rekord yoluxmalara baxmayaraq, oktyabr və noyabr aylarında gündə bir neçə yüz nəfərlə müqayisədə indi cəmi 49 ölüm faktı qeydə alınıb. Ölən 49 nəfərdən 43-ü peyvənd olunmayıb.

Rumıniya Avropa İttifaqında COVID-19-a qarşı ən az peyvənd edilmiş ikinci ölkədir, yetkinlik yaşına çatmış əhalinin yalnız 49 faizi COVID-19 peyvəndinin ikiqat dozasını alıb. Aİ-də orta rəqəm 80 faizidir.

Bütün xəbərlər Facebook səhifəmizdə