Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 64.935-dir. (17 yanvar 2022)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) yanvarın 17-də 161 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 403 min 836 test edilib. Gündəlik yoluxma sayı 64.935-dir.

Son 24 saatda sağalanların sayı 72.106-dır.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 139 milyon 578 min 409-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə